25 July, 2020

GünazTV July.24.2020: Trump, Ərdoğanı təriflədi və Joe Baydeni tənqid etdi

GünazTV July.24.2020: Trump, Ərdoğanı təriflədi və Joe Baydeni tənqid etdi

2020-07-24 19:17
Trump, Ərdoğanı təriflədi və Joe Baydeni tənqid etdi
Gunaz.tvQuote | Gunaz article
Trump, Ərdoğanı təriflədi və Joe Baydeni tənqid etdi

Rəqibi Co Baydeni tənqid edən ABŞ prezidenti Donald Trump, Vladimir Putin, Xi Jinping və Rəcəb Tayyib Ərdoğanın yüksək zəka səviyyəli liderlər olduğunu söylədi.
"ABŞ-ın çox ağıllı bir rəhbərliyə ehtiyacı var. Deyə bilərəm ki, Vladimir Putin, Xi Jinping və Rəcəb Tayyib Ərdoğanın yüksək zəka və analitik gücə malikdirlər" deyən prezident Trump çərşənbə günü Fox News-a Çin, Rusiya və Türkiyə liderlərini təriflədi.
Trump növbəti seçkidə qalib gələcəyi təqdirdə rəqibi Co Baydenin yaxşı bir prezident ola biləcəyinə şübhələrini bir daha dilə gətirdi. Ağ Ev sədrinin sözlərinə görə, Co Bayden zehni qabiliyyətlərini sınamaq üçün bir zəka testindən keçməlidir.
ABŞ prezidenti əlavə etdi ki, özü də bir zəka testi almaq üçün çox çətin bir sınaqdan keçib və bu sınağın yaxşı öhdəsindən gəlib. Trump-a görə, Birləşmiş Ştatlar ABŞ-a qarşı çox pis işlər görə biləcək insanlarla uğraşır, buna görə də ABŞ prezidenti ağıllı və yüksək zəkalı olmalıdır.
ABŞ-a rəqib ola biləcək güclü dünya liderlərinə toxunan Trump, xarici liderlərin xüsusiyyətlərini nəzərə alaraq, Amerika prezidentinin dinamik və analitik ağla sahib birinin  olmasını vurğulayaraq əlavə etdi: "Fiziki gücə ehtiyacınız var, zehni gücə ehtiyacınız var ... kəskin və ağıllı olmalıdır ... Prezident Şi ağıllıdır. Prezident Putin ağıllıdır. Ərdoğan ağıllıdır."
Bu, ABŞ prezidenti Donald Trump-ın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təriflədiyi ilk dəfə deyil. 2019-cu ilin noyabrında Ağ Evdə Ərdoğana evsahibliyi edərkən özünü Ərdoğanın "böyük tərəfdarı" adlandırdı və Türkiyə prezidentini "böyük NATO müttəfiqi" olaraq övdü.

Əhməd Haşimi, Günaz TV, Vaşinqton


https://www.facebook.com/GunazTv/videos/3453007411386576/
------
https://www.youtube.com/watch?v=aAs6xMnyQV4
-----
https://www.gunaz.tv/az/new/gunaztv-july242020-trump-erdogani-terifledi-ve-joe-baydeni-tenqid-etdi-1595603962

No comments: