19 September, 2020

GünazTV Sep.16.2020: Pompeo: ABŞ İranın Rusiya və Çindən silah almasına icazə verməyəcək

 

GünazTV Sep.16.2020: Pompeo: ABŞ İranın Rusiya və Çindən silah almasına icazə verməyəcək

2020-09-16 18:18

  Pompeo: ABŞ İranın Rusiya və Çindən silah almasına icazə verməyəcək

Gunaz.tvQuote | Gunaz article

  Pompeo: ABŞ İranın Rusiya və Çindən silah almasına icazə verməyəcək

ABŞ Dövlət katibi Mike Pompeo, ölkəsinin Tehrana silah embarqosu sona çatan kimi İranın "Çin tanklarını və Rusiya hava hücumundan müdafiə sistemlərini" almasına mane olacağını açıqladı.

Pompeo, 15 sentyabr çərşənbə axşamı `France Inter` Radiosuna verdiyi açıqlamada, "Amerikanın İranın silah əldə etməsinə və onları Lübnandakı Hizbullaha təhvil verməsinə icazə verməməkdə ciddi olduğunu vurğulayaraq dedi: "ABŞ İran rejiminin Çin tanklarını və Rusiya hava hücumundan müdafiə sistemlərini əldə etməsinin qarşısını alacaq və İranın silah əldə etməsini və onları Livandakı Hizbullah-a göndərməsini əngəlləyəcək."

Pompeo sözlərinin davamında belə dedi: "Hizbullahın İran rejiminin əmri ilə Lübnan xalqına və ölkəsinə gətirdiyi fəlakətdən çox kədərləndim. İran rejiminin mali qaynaqlarını qurutmaq istəyirik ki, dünyada insan haqlarını geniş miqyasda poza bilməsin".

Təhlükəsizlik Şurasının 2015-ci ildə dünyanın öndə gedən altı ölkəsinin İranın nüvə anlaşması ilə əlaqədar qəbul etdiyi 2231 saylı qətnaməsinə görə, Tehrana qarşı silah embarqosu bu il 18 oktyabrda sona çatacaq.

Ancaq bu müsahibədə Pompeo, ABŞ-ın “qlobal təhlükəsizliyi qorumaq” üçün İrana tətbiq olunan silah embarqosunun qaldırılmasına qarşı çıxdığını vurğulayaraq, ABŞ-ın “dünya düzən və nizamını qorumağa və İranın şərarətli fəaliyyətlərinə dönməsinin qarşısını almağa davam edəcəyini” əlavə etdi.

Pompeo habelə dedi ki "İranın daha çox pul, sərvət və silah almasına icazə verilməsi və İranın Hizbullahın Lübnanda yaratdığı fəlakətdən qurtulmasına kömək etməsinə davam etməsi ağlabatan deyil."

ABŞ-ın İrana hazırkı "maksimum təzyiq" yanaşmasını yenidən nəzərdən keçirə biləcəyi sualına cavab olaraq yüksək səviyyəli ABŞ diplomatı bunları söylədi: "inanırıq ki Prezident Trumpın İran İslam Respublikası ilə əlaqəli etdiyi dəyişiklik öncəki (Obama) hökumətin yanaşması ilə müqayisədə bir çox cəhətdən çox uğurlu olmuşdur; Birincisi, İranın dünyadakı terrorizmin ən önəmli tərəfdarı olduğu haqda ortaq bir anlayışla dünya ölkələrini bir araya gətirdi. Və İkincisi, çoxsaylı qaynaqları və sərvətləri bu rejimin pozğun və dini liderlərinin əlindən çıxartdı."    

Cənab Pompeo, ABŞ-ın maksimum təzyiq yanaşmasının son nəticədə İslam Respublikasının davranışlarındakı bir dəyişikliyin onların xeyrinə olacağı qənaətinə gəlməsinə ümid etdiyini söylədi.

Pompeo, beynəlxalq Cəmiyyətə yenidən qoşulmaq üçün İslam Respublikası rejiminin normal bir ölkə kimi davranmalı, nüvə proqramını inkişaf etdirməyi və terroru dəstəkləməyi dayandırmalı olduğunu vurğuladı.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton 

No comments: