21 August, 2020

GünazTV Aug.20.2020: İrandakı fraksiyon mücadilələri öz yerini mali qaynaqlar üzrə mücadilələrlə dəyişib

 

GünazTV Aug.20.2020: İrandakı fraksiyon mücadilələri öz yerini mali qaynaqlar üzrə mücadilələrlə dəyişib

2020-08-20 18:19

İrandakı fraksiyon mücadilələri öz yerini mali qaynaqlar üzrə mücadilələrlə dəyişib

Gunaz.tvQuote | Gunaz article

İrandakı fraksiyon mücadilələri öz yerini mali qaynaqlar üzrə mücadilələrlə dəyişib

İranda 1979-cı ildə Vilayət-i Fəqih diktatorluğunun qurulmasından bəri, ona sadiq olan iki fraksiyonu mövqe, güc və sərvət uğrunda bir-birlərilə güc mübarizələrindəykən son illərdə islahatçı fraksiyonun rəqabət dövründən çıxarılması ilə birlikdə özlərini Fundamentalist vəya usulgera adlandıran mühafizəkar fraksiyonunun rəhbərləri indi öz aralarında daha çox mali qaynaqlar əldə etmək üçün mübarizəyə giriblər.

Fraksyon içi mübarizənin yeni dövrünün xüsusiyyətlərindən biri də budur ki, bu mübarizə siyasi mübahisədən daha çox mali və iqtisadi karakter daşıyır, beləliklə son aylar və həftələrdəki bu mali mübahisələr sağçı-usulgera liderlərin bir-birlərini ifşa etməyə səbəb olub. Bu mübahisələr, o cümlədən İbrahim Rəisinin və Qalibafın prezident Həsən Rouhani ilə münaqişələri və Mirsəlim ilə Qalibaf arasındakı qalmaqallar, Pərviz Fəttah da daxil olmaqla İran rəsmilərinin 65 milyard Tümənlik rüşvətin verilməsinə və millətin sərvətini oğurlamalarına və talan edilməsinə  etiraf etmələrinə səbəb oldu.

"Arman" qəzeti "usulgeraların bal ayının sonu" başlıqlı bir məqalədə belə yazır: "Bu günlərdə usulgera və fundamentalistlərin çadırında qəribə şeylər baş verir. Bir vaxtlar ya prezidentliyə namizəd olmaq və ya ona oxşar bir mövqe arzusunda olan bu cərəyanın aparıcı simaları bir-birlərini ifşa etməklə məşğuldurlar. Onlar bir-birin mali durumlarını ifşa etməklə uğraşırlar və rəqibsiz olan usulgeralar indi birbirlərinin rəqibi olub və içlərindəki korrupsiya və mali fisadları ortaya qoyurlar."

Bu yazı bu günlərdə yaygın olan iki hekayəni anlatır. Birincisi, Mustafa Mirsəlim ilə Məhəmməd Baqer Qalibaf arasındakı münaqişə. Mirsəlimin dəfələrlə anlatdığı bu münaqişə ondan ibarətdir ki Qalibaf, Tehran bələdiyyə başçılığı dönəminin haqqında hər hansı bir istintaqın qarşısını almaq üçün bir parlament komissiyonunun sədrinə 65 milyard tümən rüşvət verib. Bu məsələnin Mirsəlim tərəfindən ifşa olunması Qalibafın şikayətinə səbəb oldu.

İkinci hekayə isə, (Bonyad e Mostəzəfan) Müstəzəflər Vəqfinin başçısı Pərviz Fəttah və Qulaməli Həddad Adil arasındakı bir münaqişə haqqındadır. Bu münaqişə isə, Həddad Adilin yönətimində olan məktəblərin Müstəzəflər Fonduna aid olması və onun kirayələrinin ödənilmədiyini ifşa edən Fəttahın oğlunun bir tvitter mesajı ilə başladı.

Bu gün usulgeralar arasındakı münaqişələri yeni bir səviyyəyə qaldıran və son illərin hamısından fərqləndirən mövzu pul və mali qaynaqlar uğrunda aparılan fraksiyon içində mübarizədir ki bu fraksyon içi münaqişələr şəxsi qalmaqal və ifşalara çevirilib; halbuki Fundamentalist fraksyonunun rəhbərləri bir-birlərinə qarşı edilən bu ifşalar və açıqlamalarda bir-birlərinin mali sirlərini, oğurluqlarını, rüşvətlərini və mənimsəmələrini ortaya qoyurlar və hətta məhkəmələrdə bir-birlərinə qarşı meydan oxumağa çalışırlar və öz fraksiyonlarından olan əməkdaşlarına qarşı sərt bildirilər yayırlar.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: