03 August, 2020

Türk ordusunun helikopterləri və qoşunları Naxçıvana gəlib


GünazTV July.29.2020: Türk ordusunun helikopterləri və qoşunları Naxçıvana gəlib

2020-07-29 18:23
 Türk ordusunun helikopterləri və qoşunları Naxçıvana gəlib
Gunaz.tvQuote | Gunaz article

 Türk ordusunun helikopterləri və qoşunları Naxçıvana gəlib
Azərbaycan Respublikası ilə Ermənistanın işğalçı qüvvələri arasında gedən Tovuz bölgəsində gərginliyin davamıyla birlikdə dünən Türkiyə hərbi helikopterləri Azərbaycanla birgə hərbi təlim keçirmək üçün Naxçıvana köçürüldülər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Çərşənbə axşamı günü bir bildiri yayaraq Türkiyə ilə Azərbaycan arasında planlaşdırılan böyük bir hərbi təlimdə iştirak etmək üçün bir neçə Türkiyə hərbi helikopterinin Naxçıvana gətirildiyini açıqladı.
Helikopterlərlə yanaşı, Azərbaycan silahlı qüvvələri ilə birgə təlimlərdə iştirak etmək üçün Türk silahlı qüvvələri də Naxçıvan Muxtar Vilayətinə girdilər.
Azərbaycan Respublikasının silahlı qüvvələri Sədərək sərhəd keçid məntəqəsində rəsmi bir mərasim ilə birgə türk əsgərlərini qarşıladılar. İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra tərəflər arasında bayraq dəyişdirmə mərasimi keçirildi, bundan sonra texniki qruplar təlimlərdə iştirak etmək üçün hərbi helikopterləri hazırladılar.
Xatırladaq ki, Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimləri iyulun 29-dan avqustun 10-dək paytaxt Bakıda, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək.
Habelə, Avqust ayının 1-5 arası iki ölkənin quru qoşunlarının Bakı və Naxçıvanda birgə təlimləri də planlaşdırılır. Təlim zamanı hipotetik düşmən mövqeləri zirehli maşınlar, artilleriya və minaatanlarla hədəf alınacaq.
Bu təlim Ermənistanda narahatlıq doğurub, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan, dünən, Azərbaycan Respublikasının Türkiyə ilə keçirəcəyi ortaq hərbi təlim qərarına etiraz edərək, bunu sülhə maneə adlandırdı.
Bu arada İrandakı anti-türk və irqçi rejim Ermənistana dəstəyini dayandırmq istəmir. Hər il 24 aprelin ildönümündə İran rejimi ermənilərə antitürk nümayişləri keçirməyə və nifrət yaymağa icazə verir, lakin Güney Azərbaycan vətəndaşlarının Ermənistanın işğalına qarşı hər hansı bir etirazına icazə vermir. İran, son günlərdə Ermənistanın Tovuzda təcavüzünə etiraz edən azərbaycanlı fəalları geniş miqyaslı həbs edib.

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

https://www.youtube.com/watch?v=TQkCX6le-t0

https://www.gunaz.tv/az/new/gunaztv-july292020-turk-ordusunun-helikopterleri-ve-qosunlari-naxcivana-gelib-1596032753

https://www.facebook.com/GunazTv/videos/331882017837192/

No comments: