GünazTV Sep.24.2020: Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi
Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi
Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi
Səudi Ərəbistan padişahı məlik Səlman BMT Baş Assambleyasında bir çıxışında Səudi hökumətinin milli təhlükəsizliyini qorumaqdan çəkinməyəcəyini xəbərdar edərək İranı və bölgədəki müttəfiqlərini kəskin tənqid etdi.
Əvvəlcədən qeydə alınmış bir video mesajında Kral Səlman dedi ki İran rejiminin keçən il beynəlxalq qanunları açıq şəkildə pozaraq Səudi Ərəbistanın neft təsislərini hədəf alması, bir daha hamıya bunu göstərdi ki İran dünyanın iqtisadi sabitliyi və neft boru kəmərlərinin təhlükəsizliyi ilə maraqlanmır.
Bu il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu-Yorkdakı illik toplantısı əvvəlki illər kimi izdihamlı deyil, çünki ölkə rəhbərlərinin çıxışları, koronavirusun yayğınlığı səbəbindən Birləşmiş Millətlər Təşkilatının 75 illik tarixində ilk dəfə məcazi və virtual bir ortamda həyata keçirilir.
Bu çərçivədə, əsas hissəsi İranın bölgədəki dağıdıcı roluna həsr olunmuş Səudi Ərəbistan Kralı Səlman-ın çıxışı, Birləşmiş Millətlər Təşkilatının məcazi və virtual toplantısının ikinci günü yayımlandı.
O, sözlərinə belə davam etdi ki "keçmişdəki təcrübələr göstərdi ki, qısa müddətli həllər və İran rejimini razılaşdırmaq səyləri rejimin təhlükəsizliyə və dünya barışına qarşı təhdidlərinə son qoymayacaq".
Səudi kralı, İranın Husi milisləri vasitəsi ilə Yəməndə iştirakına toxunaraq söylədi ki "Səudi Ərəbistan, İran rejiminin əsarət boyunduruğundan azad olması və ölkəsini geri alması üçün Yəmən xalqına verdiyi dəstəyindən əl çəkməyəcək".
Beyrut limanında baş verən son partlayışa toxunan Kral Səlman, Lübnandakı Hizbullah da daxil olmaqla İslam Respublikasının dəstəklədiyi qrupların tərksilah edilməsinə çağırdı.
O, habelə əlavə etdi ki Tehran 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə anlaşmasından "yayılmaçı fəaliyyətlərini gücləndirmək, terror şəbəkələri yaratmaq və terrorizmdən istifadə etmək üçün" faydalandı.
İranın Səudi Ərəbistana qarşı düşməncə hərəkətlərinə toxunan məlik Səlman, ölkəsinin son onilliklərdə İrana barış əli uzatdığını, ancaq nəticəsiz qaldığını vurğuladı.
Qeyd etmək lazımdır ki, Səudi Ərəbistan, İran ilə diplomatik əlaqələrini təxminən dörd il əvvəl Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna edilən hücumdan sonra kəsdi.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment