05 October, 2020

GünazTV Sep.25.2020: Amerika Nəvid Əfkari üçün edam hökmü çıxaran hakimə sanksiya tətbiq etdi

 

GünazTV Sep.25.2020: Amerika Nəvid Əfkari üçün edam hökmü çıxaran hakimə sanksiya tətbiq etdi

2020-09-25 19:35

Amerika Nəvid Əfkari üçün edam hökmü çıxaran hakimə sanksiya tətbiq etdi

Gunaz.tvQuote | Gunaz article

Amerika Nəvid Əfkari üçün edam hökmü çıxaran hakimə sanksiya tətbiq etdi

İrandakı edam və geniş insan haqları pozuntularına qarşı ölkələrin və insan haqları təşkilatlarının etirazları davam edərkən, ABŞ Maliyyə Nazirliyi sanksiyalar və təhrimlər listinə iki İran hakimini, üç həbsxananı və bir İran məhkəməsini də əlavə etdi.

ABŞ Maliyyə Nazirliyinin cümə axşamı yayımladığı bir hesabata görə, Nəvid  Əfkarini edam cəzasına məhkum edən hakim Mahmud Sadati ilə birlikdə Məşhəd İnqilab Məhkəməsinin hakimi Məhəmməd Sultani də Amerikanın sanksiya və təhrimlər listinə əlavə edildi.

ABŞ Dövlət Katibi Mike Pompeo, yayımladığı bir açıqlamada, Birləşmiş Ştatların Nəvid Əfkarinin dosyasının məsulu olan hakim Mahmud Sadati, ve Şiraz İnqilab Məhkəməsinin birinci saylı şöbəsinin sədri hakim Məhəmməd Sultani ilə birgə Urmu, Şirazda yerləşən Adilabad, ve Məşhəddə yerləşən Vəkilabad, həbsxanalarına qarşı sanksiya və təhrimlər tətbiq etdiyini söylədi.

Bundan əvvəl də ABŞ, 2017-ci ilin Avqust etirazları ilə əlaqədar edam olunan Nəvid  Əfkari üçün edam hökmü çıxaran hakim də daxil olmaqla bir sıra İran qurumlarını və səlahiyyətlilərini sanksiya və təhrimlər listinə əlavə edəcəyini açıqlamışdı.

Bu xəbəri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Elliott Abrams, çərşənbə günü Senatın Xarici Əlaqələr Komitəsindəki dinləmə toplantısında açıqlamışdı, və dövlət katibi Mike Pompeonun detalları və cüziyatları açıqlaması gözlənilirdi.

Amerika Birləşmiş Əyalətləti daha əvvəl Məhəmməd Muğisə və Abulqasim Sələvati'ni, "şou məhkəmələrində ədalətsiz mühakimələr" yolu ilə insan haqlarını pozduqları üçün sanksiya listinə daxil etmişdi.

Avropa hökumətləri də Nəvid  Əfkarinin edamını kəskin bir biçimdə tənqid etmişdilər. Bu həftə ərzində Fransa, Almaniya və İngiltərə Tehranın ölkələrindəki səfirlərini çağıraraq İrandakı insan haqlarının vəziyyəti barədə xəbərdarlıq etmişdilər.

Cənab Əfkarinin edamından sonra Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin Almaniya, Fransa və İngiltərəyə səfəri son anda ləğv edildi və bu ölkələr Çərşənbə günü İran səfirlərini Xarici İşlər Nazirliklərinə çağıraraq İrandakı insan haqları vəziyyətinə öz etirazlarını bildirdilər.  

Bundan əvvəl də ABŞ Dövlət Katibi Mike Pompeo, Avropa Birliyi ölkələrindən Zərifin Əfkarinin edamı səbəbiylə ziyarətlərini ləğv etməyə çağırmışdı. 

ABŞ bu yaxınlarda da Kəşfiyyat Nazirliyinə bağlı onlarla İranlıya və İranın hərbi və nüvə proqramlarında iştirak edənlərə qarşı sanksiya və təhrim tətbiq etmişdi.

Bir neçə gün əvvəl də ABŞ hökuməti İran Müdafiə Nazirliyinə və silah və nüvə proqramları ilə əlaqəli qurumlara qarşı yeni sanksiyalar elan etdi.

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: