İsfahanda yaşayan onlarla erməni Qarabağda döyüşmək üçün Ermənistana göndərilir
2020-10-02 20:25
İsfahanda yaşayan onlarla erməni Qarabağda döyüşmək üçün Ermənistana göndərilir
İsfahanda yaşayan onlarla erməni Qarabağda döyüşmək üçün Ermənistana göndərilir
İsfahandakı erməni patriarxlığı vəya Xəlifəgərisi ofisinə istinadən yerli mənbələrdən gələn məlumata görə, Xəlifəgəri Qarabağın və Şimali Azərbaycanın yeddi rayonunun işğalının davam etdirilməsinə kömək etmək üçün İsfahanda yaşayan onlarla erməninin koordinasiyon və göndərilməsindən məsuldur.
İranın az bir əhalisini təşkil edən ermənilər Pan-Fars qruplar və İran təhlükəsizlik təşkilatları tərəfindən dəstəklənirlər. Onlar, Azərbaycanlılara və türklərə qarşı etdikləri hərəkətlərdə İran rejimi və İrandakı panfars və antitürk aşırı qrupların da hərtərəfli dəstəyinə sahibdirlər.
Məlumatlara görə, bu fərdlərin koordinasiyon və Ermənistana göndərilməsindən İsfahanın Erməni patriarxlığı məsuliyyət daşıyır.
Qeyd etmək lazımdır ki, azərbaycanlılar əsas hüquqlarından, o cümlədən ana dillərində təhsil almaq hüququndan məhrum olduqları halda, ermənilərin İranda xüsusi yeri var. Onlar, Ana dilində təhsil alırlar və dini və vətəndaş hüquqları ilə bağlı geniş hüquqlara malikdirlər və İran rejimi Tehran və İsfahanın erməni patriarxlıqlarına anti-Azərbaycan fəaliyyətlərində azadlıq verib. Xatırladaq ki, Vank kilsəsi də daxil olmaqla İsfahanda 12 erməni kilsəsi var və Vank kilsəsi binasının bir hissəsini antitürk və antiazərbaycan muzeyinə çevirərək türklərə qarşı nifrət yaymaqla açıq şəkildə məşğul olur
İrandan ermənilərin göndərilməsinə əlavə olaraq əvvəllər Suriyadan, Lünbabdan, hətta Avropadan da bir qrup erməninin Ermənistana və işğal altındakı Qarabağa göndərilməsi barədə məlumatlar yayılmışdı. Bir çox Lübnan və Suriya ermənisi 1980-ci illərdə müxtəlif ölkələrdə terror eyləmləri həyata keçirən Lübnanda yerləşən Asala terror qruplaşmasının qalıqlarıdır. Asala qrupunun üzvləri 1992-ci ildə Ermənistan qurulduqdan sonra Ermənistana mühacirət edərək bir çoxu Qarabağ da daxil olmaqla Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində məskunlaşdılar.
İran hökuməti dünya müsəlmanlarını və şiələrini dəstəklədiyini iddia edir, ancaq eyləmə gəlincə şiə azərbaycanlılara qarşı çıxmağa davam edir. İran rejimi, ermənilərin Tehran və İsfahanda anti-Azərbaycan və anti-türk nümayişlərində iştirak etməsinə icazə verir və bu təzahüratların əmniyyətini təmin etmək üçün İran təhlükəsizlik işçiləri məsuliyyət daşıyırlar. Baxmayaraq ki, Azərbaycan türkləri erməni işğal siyasətinə etiraz etdikdə, İran rejimi təhlükəli bir durum yaradaraq Azərbaycanlı milli-mədəni fəalları tutuqlayır, basdırır, işgəncə verir və həbs edir.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment