GünazTV July.23.2020: Xamenei'nin nümayəndəsi: İran və Çin arasında əməkdaşlıq sənədi Allahın Qurandakı əmrlərinə uyğundur
2020-07-23 18:26
Xamenei'nin nümayəndəsi: İran və Çin arasında əməkdaşlıq sənədi Allahın Qurandakı əmrlərinə uyğundur
Xamenei'nin nümayəndəsi: İran və Çin arasında əməkdaşlıq sənədi Allahın Qurandakı əmrlərinə uyğundur
Əli Xamenei'nin Şirazdakı nümayəndəsi, ötən cümə namazı xütbələrində, "İran və Çin arasındakı 25 illik hərtərəfli əməkdaşlıq sənədinə" toxunaraq, Qurandan bir ayəyə istinad edərək, bu sənədi və Çinlə münasibətləri zərərsiz adlandırdı və əlavə etdi: "İran-Çin münasibətlərinin əsası Allahın Qurandakı əmrlərinə uyğundur."
Çin Kommunist rejimi tərəfindən uyğur türk müsəlmanlarının öldürülməsinə, qırğına və işgəncələrinə toxunmadan Lütfullah Dejkam, 17 iyul Cümə namazı xütbələrində Əl-Mümtəhənəh surəsində kafirlərin iki kateqoriyaya düşdüyünü iddia etdi: möminlərlə müharibə edənlər və möminlərlə sülhə girənlər və müsəlmanları öldürməyənlər və evlərindən qovmayanlar.
Əli Xamenei'nin Şirazdakı nümayəndəsi, Çin rejimi tərəfindən Şərqi Türküstanda Uyğur müsəlmanlarının qətliamını görməzdən gələrək belə davam etdi: "Çin kafir bir ölkədir, ancaq müsəlmanlarla döyüşmədiyi üçün onunla ədalətli bir əlaqəyə sahib ola bilərik. İranın Çinlə münasibətləri məsələsində nəzərdə tutululan Quranın əmrinə əsaslanır."
Dejkam, elə bir halda bu iddiaları dilə gətirir ki Çinlilər Şərqi Türküstandakı müsəlmanları məhv etmək üçün geniş miqyaslı bir müharibə aparmaqda, Uyğur müsəlmanlarını qırğın etməkdə, evlərindən qovmaqda və konsentrasiya düşərgələrinə köçürməkdədirlər.
Qarabağda da Azərbaycan şiələrini arxadan vuran və hər zaman erməni işğalçılarının yanında olan İranın irqçi və anti-türk rejimi, Çinə gəlincə də Şərqi Türkistanı dünyanın ən böyük açıq həbsxanasına çevirən və Uyğur Türklərini kimliklərindən və inanclarından vazkeçməyə və Çin kommunist və qeyri-insani dəyərlərini qəbul etməyə məcbur edən Pekin rejimini dəstəkləyir.
Mediaya sızan məlumatlar və Çin Kommunist Partiyasına aid bildirimlərə görə, bu məcburi konsentrasiya düşərgələrində, uyğur müsəlmanları donuz əti yeməyə məcbur edilir, və Şərqi Türküstandakı türklər və müsəlmanların nəsli aradan qaldırılsın və Çin irqi onların yerini alsın deyə uyğur qadınları ya sonsuzluq cərrahiyyə əməliyyatı keçirmək və ya Çinli kişilər ilə cinsi əlaqə qurmaq məcburiyyətində qalırlar.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
https://www.youtube.com/watch?v=g9xND7DbMv0
----
https://www.facebook.com/GunazTv/videos/2704218389824116/
----
https://gunaz.tv/az/new/gunaztv-july232020-xameneinin-numayendesi-iran-ve-cin-arasinda-emekdasliq-senedi-allahin-qurandaki-emrlerine-uygundur-1595514474
No comments:
Post a Comment