25 July, 2020

GünazTV July.25.2020: Bloomberg: Azərbaycan Prezidentinin Ermənistana qarşı mövqeyi sərtləşib

GünazTV July.25.2020: Bloomberg: Azərbaycan Prezidentinin Ermənistana qarşı mövqeyi sərtləşib

2020-07-25 19:13
Bloomberg: Azərbaycan Prezidentinin Ermənistana qarşı mövqeyi sərtləşib
Gunaz.tvQuote | Gunaz article
Bloomberg: Azərbaycan Prezidentinin Ermənistana qarşı mövqeyi sərtləşib
Bloomberg xəbər agentliyi, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana qarşı mövqeyinin sərtləşdiyinə toxunaraq bildirib ki, bu sərtləşmə ən azı 17 nəfərin ölümünə səbəb olan iki ölkənin sərhədlərindəki münaqişə nəticəsində yaranan gərginliyi daha da artıracaq.
22 iyul tarixli hesabatında Bloomberg əlavə edir ki, Prezident Əliyev 1990-cı illərin əvvəllərində Ermənistan qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon məsələsini Azərbaycanın yürütdüyü tədricən və addım-addım həll etmək siyasətindən geri çəkildiyi görünür.
Prezident, "Bizə yarımçıq həll lazım deyil, çünki bu müvəqqəti bir həll olacaq. Bu məsələ tam həll edilməlidir. Bütün işğal olunmuş ərazilər istisnasız olaraq boşaldılmalıdır" deyib.
Prezident Əliyev, keçən həftə Corona virusdan qaynaqlanan məhdudiyyətlərə baxmayaraq minlərlə azərbaycanlı paytaxt Bakıda toplaşaraq Ermənistana qarşı savaş üçün kütləvi şəkildə səfərbər olmağa çağırışlarından sonra bu çıxışı edib.
"Prezident Əliyevin çıxışı onu göstərir ki, o, danışıqların faydasız olduğunu düşünür" dedi Bakıda yerləşən Atlas Araşdırmalar Qrupunun rəhbəri Elxan Şahinoğlu.
Bloomberg-in məlumatına görə, 1994-cü ildə atəşkəs elan edildikdən sonra ABŞ, Rusiya və Fransadan olan vasitəçilər iki Cənubi Qafqaz qonşusu arasında razılaşma yarada bilmədilər.
Əvvəlki danışıqlarda Azərbaycan Respublikası, tədricən və addım-addım danışıqlar prosesini dəstəkləyirdi ki o danışıqlara əsasən bütün işğal olunmuş ərazilərin son statusunu həll etməzdən əvvəl təhlükəsizlik zəmanəti müqabilində Dağlıq Qarabağ ərazisindən kənarda bəzi ərazilərə nəzarətini yenidən bərpa edə bilərdi. Azərbaycan Respublikası, beynəlxalq birlik tərəfindən öz ərazisinin bir hissəsi kimi tanınan Qarabağ üzərində suverenliyini yenidən bərpa etmək istəyir.
Bloomberg əlavə edir ki, prezident Əliyev uzun müddət xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifəsindən kənarlaşdırdıqdan sonra keçən həftə danışıqlarda irəliləyişin olmamasını tənqid edərək belə demişdi: "Biz yalnız danışıqlar naminə danışıqlar aparmaq istəmirik. Azərbaycan xalqının səbrinin həddi var."

Əhməd Haşimi, Günaz TV, Vaşinqton


https://www.facebook.com/GunazTv/videos/745594989536076/
---
https://www.youtube.com/watch?v=lcoUu1KDih4
-----
https://www.gunaz.tv/az/new/gunaztv-july252020-bloomberg-azerbaycan-prezidentinin-ermenistana-qarsi-movqeyi-sertlesib-1595690100

No comments: