25 July, 2020

TRT müxbirinin Güney Azərbaycanlıların yığıncağının İnqilab Keşikçiləri tərəfindən zorakılıqla basqın etməsi haqdakı hesabatı



GünazTV July.18.2020: TRT müxbirinin Güney Azərbaycanlıların yığıncağının İnqilab Keşikçiləri tərəfindən zorakılıqla basqın etməsi haqdakı hesabatı

2020-07-18 18:30
TRT müxbirinin Güney Azərbaycanlıların yığıncağının İnqilab Keşikçiləri tərəfindən zorakılıqla basqın etməsi haqdakı hesabatı
Gunaz.tvQuote | Gunaz article
TRT müxbirinin Güney Azərbaycanlıların yığıncağının İnqilab Keşikçiləri tərəfindən zorakılıqla basqın etməsi haqdakı hesabatı
Fatih Sabuncu, TRT Televiziyasının Tehrandakı müxbiri, İran İnqilab Keşikçiləri Qüvvələrinin Tehranda Şimali Azərbaycanı dəstəkləmək məqsədli toplaşan Güney Azərbaycan Türklərini şiddətlə basdırdığını bildirdi.
Cümə axşamı axşam saatlarında Tehrandakı Ermənistan səfirliyinin qarşısında olan türkiyəli jurnalist İnstaqram səhifəsində belə yazdı: “Bu gün Ermənistan səfirliyi qarşısında yığıncağ çağrısı var idi. İnqilab Keşikçiləri qüvvələri yığıncağın qarşısını aldı və etirazçıları çox şiddətlə dağıtdı. Biz də jurnalistlər olaraq payımızı aldıq. Az qala qarşıdurma yaşanacaq idi, son anda yatışdı."
Fatih Sabuncu, İnqilab Keşikçilərinin TRT-TV qrupuna etdiyi davranışı haqda belə yazdı: "Heç vaxt çirkin təhqirlərini unutmayacağam. Hər il 24 apreldə eyni qüvvələr Türkiyə səfirliyi önünə toplaşan və "Türkiyəyə ölüm" şüarını səsləndirən ermənilər üçün heç bir mane yaratmırlar."
Əlbətdə ki, bu, İran rejiminin və onun terrorçu İnqilab Keşikçilərinin erməni işğalçılarına dəstək verməsi və azərbaycanlı nümayişçilərin basdırılması yöndə yeganə hərəkəti deyildi. Güney Azərbaycan türk vətəndaşlarına 16 iyul 2020-ci il tarixində, Ermənistanın Tehrandakı səfirliyi və Təbrizdəki konsulluğunun qarşısında və Urmu, Zəngan və Ərdəbil və Güney Azərbaycanın digər şəhərlərində Şimali Azərbaycana dəstək məqsədli toplaşmaq çağırışının verilməsindən sonra yığıncaqlarda iştirak etmək istəyən Güney Azərbaycanlılara İnqilab Keşikçiləri tərəfindən manelər yaradıldı. terrorçu İnqilab Keşikçiləri və İran hökumətinə bağlı digər basğıçı qüvvələr Azərbaycanlı milli fəalları hədələdilər və bəzi nümayişçiləri və Təbriz, Tehran və Urmu şəhərlərində bir sıra azərbaycanlı milli fəalları saxladılar.
Məlumata görə, Şimali Azərbaycan Respublikasının Təbriz şəhərindəki konsulluğunun qarşısında 10-dan çox adam saxlanılıb, bunların arasında Rəhim Sasanian (İdman çempionu), Həkimə Əhmədi; (Köhnə siyasi məhbus), Sədallah Sasanian və Yasəmin Zəfəri adları da görülür.
İran basğıçı qüvvələri azərbaycanlı uşaqları belə əsirgəmədilər və məlumata görə, onlar Təbrizdəki Şimali Azərbaycan Konsulluğunun qarşısında bir qız uşağını tutub döydülər.

 Əhməd Haşimi, Günaz TV, Vaşinqton






No comments: