GünazTV July.22.2020: Təyyarə qəzasında ölənlərin ailə üzvlərinə kompensasiya ödəmək üçün İran heyətinin Ukraynaya getmək imkanı
2020-07-22 18:36
Təyyarə qəzasında ölənlərin ailə üzvlərinə kompensasiya ödəmək üçün İran heyətinin Ukraynaya getmək imkanı
Təyyarə qəzasında ölənlərin ailə üzvlərinə kompensasiya ödəmək üçün İran heyətinin Ukraynaya getmək imkanı
Ukraynanın xarici işlər naziri Dmytro Kuleba, İran nümayəndə heyətinin Tehran hava sahasında vurulan Ukrayna təyyarəsi qurbanlarının ailələrinə kompensasiya ödəmə məsələsini müzakirə etmək üçün Kiyevə gedə biləcəyini açıqladı.
"Dünən öyrəndik ki, İran nümayəndə heyəti bizimlə kompensasiya barədə danışıqlar aparmaq üçün bu həftə Ukraynaya getməyə hazırdır" Kuleba Ukraynanın İnterfaks xəbər agentliyinə görə 21 iyul çərşənbə axşamı mətbuat konfransında bildirib.
O, "Biz uzun müddətdir ki, belə bir görüş üçün israr edirik" dedi. "Biz bu danışıqlara hazırıq və ümid edirik ki, bu gün İran nümayəndələrinin Kiyevə səfərini rəsmi olaraq təsdiqləyəcək."
Ukrayna Xarici İşlər Naziri, eyni zamanda təyyarədə ölənlərin ailələri üçün ədalətin təmin edilməsinin o ölkənin və bu təyyarənin vurulması zamanı vətəndaşlarını itirən digər ölkələrin nəzərində əsas məqsəd olduğunu vurğuladı.
O, "İstədiyimiz hərtərəfli ədalətdir." Deyərək Ukrayna qəzanın "insan səhvinin" nəticəsi olduğuna dair İslam Respublikasının iddiasını qəbul etmir və ümumiyyətlə İranın hava idarəetmə sisteminin fəaliyyətini araşdırmaq istəyir."
Kuleba bir daha İslam Respublikası hakimiyyətini bu faciənin bütün günahkarlarını və sorumlularını ən yüksək səviyyədə cinayət araşdırmaları açaraq ədalətə qavuşdurmağa çağırdı. O, Ukraynanın bu məsələdə qarşılıqlı əməkdaşlıq prinsipi əsasında İranla əməkdaşlığa hazır olduğunu qeyd edərək Kiyev hökumətinin İslam Respublikasından tələblərini təkrarladı.
Ukrayna xarici işlər nazirinin açıqlamaları Fransada qara qutuların yenidən oxunması prosesinin başlamasından bir gün sonra gəlir.
Bazar ertəsi günü Ukrayna Prezidenti Volodymyr Zelinsky İranın qəzaya uğrayan Ukrayna təyyarəsinin qara qutularını Fransaya göndərilməsi qərarını alqışladı və bu fəlakətdən sorumlu olanların cavab vermələrini istədi.
Bundan əvvəl, Kanada qəzetinə verdiyi müsahibədə, Zelensky, İran hökuməti qara qutuları göndərmək vədi yerinə yetirməyəcəyi təqdirdə, beynəlxalq məhkəmələrdə ölkəni məhkəməyə verəcəyi ilə hədələmişdi.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
https://www.gunaz.tv/az/new/gunaztv-july222020-teyyare-qezasinda-olenlerin-aile-uzvlerine-kompensasiya-odemek-ucun-iran-heyetinin-ukraynaya-getmek-imkani-1595428691
-----
https://www.youtube.com/watch?v=ud5j6v_C0qI&t=4s
------
https://www.facebook.com/GunazTv/videos/285629716032108/
No comments:
Post a Comment