GünazTV July.16.2020: İran və Rusiya Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduqlarını bəyan ediblər
2020-07-16 18:54
İran və Rusiya Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduqlarını bəyan ediblər
Azərbaycan Respublikasının və Ermənistanın xarici işlər nazirləri ilə ayrıca telefon danışığında İran xarici işlər naziri tərəfləri təmkinli olmağa və Dağlıq Qarabağ bölgəsi ilə bağlı mübahisələrin sülh yolu ilə həlli üçün danışıqlara başlamağa çağırdı.
Azərbaycan və Ermənistan qüvvələri arasındakı qarşıdurmadan sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Azərbaycan Respublikası və Ermənistan Xarici İşlər Nazirləri ilə ayrıca telefon danışığı edərək, tərəflərə təmkinli olmağı və mübahisələrin sülh yolu ilə həlli üçün danışıqlara başlamağı tövsiyə etdi. İran İslam Respublikası gərginliyin sona çatmasına kömək etməyə hazır olduğunu açıqladı.
Jurnalistlərə danışan İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi də, Tehranın Qarabağ bölgəsi ilə bağlı mövqeyinin dəyişmədiyini və İranın hər zaman Azərbaycan Respublikası ilə Ermənistan arasındakı mübahisənin həllinə kömək etməyə hazır olduğunu bildirdi.
İran rejimi vasitəçilik etməyə hazır olduğunu elə halda açıqlayır ki, keçən yay Tehranın parlamentdəki nümayəndəsi Əli Mütəhhəri, Qarabağ müharibəsində, Şimali Azərbaycanın haqlı olduğuna baxmayaraq, İran Ermənistan rejiminin işğalçılığını dəstəklədiyini etiraf etmişdi.
Digər bir inkişafda, Rusiya Xarici İşlər Naziri, azərbaycanlı və erməni həmkarları ilə telefon danışığında, Moskvanın vasitəçilik etməyə hazır olduğunu elan edərək, təcili olaraq hərbi əməliyyatların son qoyulmsına və iki ölkə arasındakı sərhəddə atəşkəs əldə edilməyə çağırdı.
İran və Rusiya rejimləri elə halda tərəfləri təmkin və atəşkəsə çağırıblar ki, hər ikisi də Ermənistanın aşırı tərəfdarıdır və Qarabağda və Şimali Azərbaycanın digər bölgələrində Ermənistanın işğalçı siyasəti Moskva və Tehranın tam dəstəyi olmadan mümkün olmazdı.
Erməni işğalını Rusiya və İran rejimləri tərəfindən dəstəkləmək siyasəti bu günə qədər davam edir. Məsələn, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan bazar ertəsi Rusiyanın İrəvandakı səfirliyində olub və Rusiya səfiri Sergey Kupirkin və İrəvandakı Rusiya hərbi müşaviri Andrey Grishuk ilə görüşüb. Tərəflər Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyəti izah etməklə yanaşı, Moskva-İrəvan ikitərəfli hərbi əməkdaşlığını da müzakirə ediblər.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
https://www.facebook.com/GunazTv/videos/309783560214103/
https://www.youtube.com/watch?v=N4r6rs-Y7LY
https://www.gunaz.tv/az/new/gunaztv-july162020-iran-ve-rusiya-azerbaycan-ve-ermenistan-arasinda-vasitecilik-etmeye-hazir-olduqlarini-beyan-edibler-1594911359
No comments:
Post a Comment