GünazTV Aug.28.2020:Rusiya-ABŞ hərbi maşınları Suriyanın şimal-şərqində toqquşub
Rusiya-ABŞ hərbi maşınları Suriyanın şimal-şərqində toqquşub
Rusiya-ABŞ hərbi maşınları Suriyanın şimal-şərqində toqquşub
Suriyanın şimal-şərqində Rusiya və ABŞ hərbi maşınlarının arasında baş verən toqquşmada dörd Amerika əsgəri yaralanıb. Hesab edilir ki Rusiya qüvvələri gərginliyi başlatan olublar və rus hərbi maşınları ABŞ hərbi maşınlarına doğru qəsdən irəliləyiblər.
Adının çəkilməməsi şərti ilə danışan bir Pentaqon rəsmisi, Reuters agentliyinə ABŞ qüvvələrinin "qəza" nəticəsində yaralandığını və atəş mübadiləsi baş vermədiyini söylədi.
Bu üzləsmənin yayımlanan videosunda Rusiya hərbi texnikalarının bir Amerika nəqliyyat vasitəsinə doğru hərəkət etdiyi göstərilir. Eyni zamanda bir rus helikopteri bu maşınların üstündən uçur.
Pentaqonun "Politico" xəbər veb saytı tərəfindən görülən hesabatında, ABŞ Mərkəzi Komandanlığı – CentCom- bir rus avtomobili, ABŞ-ın dörd hərbi qüvvəsini yaralayaraq ABŞ hərbi maşınına doğru irəlilədiyi bildirib. CentCom əlavə edib ki, Rusiya hərbi texnikaları ABŞ qüvvələrini "təhlükəli hərəkətdə" təqib edib.
New York Times ABŞ rəsmilərinə istinadən xəbər verir ki, son dönəmlərdə Rusiya qoşunları Suriyanın şimal-şərqindəki ana yollarda ABŞ qüvvələri ilə bölgədə dəfələrlə qarşılaşaraq iki ölkənin qüvvələrinin bir-birinə yaxınlaşmamaq barədə əldə etdikləri razılığı pozublar.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü John Ullyot-un, verdiyi bir açıqlamaya görə, çərşənbə axşamı günü yerli vaxtla sabah saat 10-da Suriyanın Dayrick bölgəsində adi bir Amerika patrulu zamanı bir rus avtomobili ABŞ avtomobili ilə toqquşaraq Amerika hərbçilərini yaralayıb.
Gərginliyi azaltmaq üçün koalisiyon patrullarının bölgədən çəkildiyini qeyd edən Ullyot əlavə etdi ki, bu cür təhlükəli və peşəkar olmayan hərəkətlər ABŞ və Rusiyanın 2019-cu ilin dekabr ayında imzaladıqları geriləmə protokolları pozur.
Bəzi yorumçular bu və buna oxşar hadisələri ABŞ-ın qarşıdakı seçkiləri ilə əlaqəli olmadığını rədd etmirlər. O cümlədən, Obama yönətiminin Milli Təhlükəsizlik Şurasının Suriya üzrə direktoru Alexander Bick Rusiyanın hazırkı toqquşmasının siyasi səbəbləri ola biləcəyini söyləyir. Alexander Bick Rusların ABŞ seçki hesablamasını da nəzərdən keçirə biləcəyinə işarə edərək, rusların Donald Trump-ı kürdlərlə daha dostca münasibətləri olan və Rusiyaya daha çox düşmən münasibət bəslədiyi Joe Biden-ə tərcih etdiklərini əlavə etdi.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment