05 September, 2020

GünazTV Sep.03.2020: Ərəbistan Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinin torpaq ələ keçirmək ittihamı ilə işdən çıxarılması

 

GünazTV Sep.03.2020: Ərəbistan Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinin torpaq ələ keçirmək ittihamı ilə işdən çıxarılması

2020-09-04 00:01

Ərəbistan Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinin torpaq ələ keçirmək ittihamı ilə işdən çıxarılması

Gunaz.tvQuote | Gunaz article

Ərəbistan Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinin torpaq ələ keçirmək ittihamı ilə işdən çıxarılmas

Ərəbistan Kralı Səlman bin Əbdüləziz bazar ertəsi gecəsi Birgə Qüvvələrin komandirini və Müdafiə Nazirliyinin bir sıra digər vəzifəli şəxslərini korrupsiya və torpaq ələ keçirmək ittihamları ilə vəzifələrindən azad etmə fərmanı verdi.

Rəsmi Ərəbistan xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan kralı ölkənin ortaq qüvvələrinin komandiri Fəhd bin Türki bin Əbdüləziz-i əməkli edərək onunla bağlı istintaq əmri verdi.

Məlumata görə, Ərəbistan fisad vəya Korrupsiyaya Qarşı Mübarizə Agentliyi apardığı araşdırmanın ardından Müdafiə Nazirliyindəki şübhəli mali əməliyyatlarını izlədiyi zaman onların Fəhd bin Türki və bir sıra digər Müdafiə Nazirliyinin zabit və işçiləri ilə əlaqəli olduğunu anlayıb.

Bundan əvvəl də Səudi Ərəbistan Kralı, Amlaj və al-Vajh valiləri ilə birlikdə bu vilayətlərin sərhəd komandirləri də daxil olmaqla bir sıra Ərəbistan rəsmilərini, fəsad və torpaq ələ keçirməsi səbəbi ilə vəzifələrindən azad etmək barədə bir fərman vermişdi.

Məlumata görə, bu fərmanda Daxili İşlər Nazirliyinin qanun pozuntularından və istintaqından məsul olan şəxs və onun müavini, habelə "Mədinə", "Təbuk" və "Əsir" şəhərlərindəki qanun pozuntularından məsul olan vəzifəli şəxslər də korrupsiyaya görə işdən qovulublar. Əlavə olaraq, Səudi Ərəbistan Kralı, əl-Əla və Qırmızı dəniz turizm bölgələrindəki projələrdə məsul olanları korrupsiya və torpaq ələ keçirmək ittihamı ilə vəzifələrindən azad edib.

Səudi Ərəbistan mütləq bir monarkiya şəklində idarə olunan qeyri-demokratik bir ölkə olmasına baxmayaraq, korrupsiya və torpaq ələ keçirməklə mübarizə aparmaqda qərarlı görünür.

Ancaq İranda evləri qəsb etmək və əmlaklara əl qoyulması və torpaq ələ keçirməsi dövlət qurumları arasında qəbul edilmiş bir yanaşmadır və əl-Əhvazın məhrum olan Əbülfəzl kəndinin əhalisi də bu torpaq ələ keçirilməkdən istisna deyil və Bünyad Müstəzəfan vəya Yoxsullar Vəqfi ən böyük torpaq ələ keçirən və mülkləri müsadirə edən bir təşkilat kimi bu kəndin sakinlərindən evlərini tərk etmələrini istəyib və İran silahlı qüvvələri insanlara atəş edərək evlərini dağıtmağa və müsadirə etməyə çalışırlar.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: