GünazTV Aug.21.2020: Tehran İnqilab Keşikçiləri Komandiri: Ölkədəki 10 illik mənimsəmə sayı yüksək bir rəqəm deyil
Tehran İnqilab Keşikçiləri Komandiri: Ölkədəki 10 illik mənimsəmə sayı yüksək bir rəqəm deyil
Tehran İnqilab Keşikçiləri Komandiri: Ölkədəki 10 illik mənimsəmə sayı yüksək bir rəqəm deyil
Tehran İnqilab Keşikçiləri komandiri Məhəmməd Rza Yəzdi, ölkədəki ixtilas və mənimsəmələrin sayının çox olmadığını vurğulayaraq son 10 ildə bütün ixtilas və mənimsəmələri əlavə etsək, təxminən 80 min milyard Tümən rəqəminə çatacağımızı bildirdi.
Çərşənbə axşamı günü "İslam İnqilabı səviyyəsində çalışan" festivalında çıxış edən Yəzdi, ixtilas və mənimsəmə rəqəminin "ölkənin 10 illik büdcəsində bir rəqəm olmadığını" iddia etdi.
Əlbətdə elə görünür ki, İrandakı ört-basdır etmək və dənətləm və kontrol orqanlarındakı şəffaflığının olmaması və rüşvət, ixtikas, mənimsəmə və korrupsiya ilə bağlı çoxsaylı dosiyaların araşdırılmaması səbəbindən İrandakı ixtilasların sayı, Tehran İnqilab Keşikçiləri Komandirinin etiraf etdiyi 80 min milyard Tümən rəsmi rəqəmdən qat-qat çoxdur.
İran İnqilab Keşikçiləri bir çox iri projələri ələ alıb və İran İslam Respublikasının başçıları və rəsmilərinin ixtilasları ilə bağlı son illərdə ifşa olunan və mediaya sızan çoxsaylı dosiyaların bir hissəsi İnqilab Keşikçilərinə bağlı şirkətlərlə əlaqədardır.
İnqilab Keşikçiləri Kooperativ Fonduna bağlı olan Yas Holdinq, xidmət, mənzil və vasitəçilik sahəsində fəaliyyət göstərən ixtilasçı şirkətlərdən biridir, lakin 13 min milyard Tümən korrupsiya hadisəsi üzə çıxdıqdan sonra bu holdinq 2017-ci ildə dağıtıldı.
İran məhkəmə orqanının hazırda Silahlı Qüvvələr Məhkəməsi tərəfindən araşdırıldığını söylədiyi bu dosiya, eyni zamanda keçmiş Tehran Bələdiyə Başçısı Məhəmməd Baqer Qalibafın müavini İsa Şərifinin həbsinə səbəb oldu.
Tehran Şəhər Şurasının üzvü Məhəmməd Cavad Həqşinasın sözlərinə görə, cənab Şərifinin Tehran Bələdiyyəsi ilə Yas Holdinq arasındakı əməkdaşlıqla əlaqəli fisad və korrupsiya rəqəmi 1300 milyard Tüməndir. Həqşinas Etemad online-a bildirib ki, bu rəqəmin bir hissəsi xaricə köçürülüb.
Bu dosiyada İnqilab Keşikçiləri Kooperativ Fondunun bir neçə başçı və müavininin də adları çəkilib, lakin rüşvət, fisad, ixtilas və mənimsəmə rəqəmləri barədə heç bir məlumat yayımlanmayıb.
İrandakı başqa bir qalmaqallı mali fisad və korrupsiya işi, Sadiq Laricani'nin Ədliyyə Başçılığı dövründə icraçı müavini Əkbər Təbərinin dosiyası ilə əlaqədardır, ki bu ixtilasın rəqəmi 200 milyard Tümən'dən çox olduğu bildirilib.
İranda digər tanınmış fisad və korrupsiya hadisələrinə Fərhəngian Ehtiyat Fondu və Bank-e Sərmaye də daxildir ki rejimin yüksək-rütbəli yetkililərinin övladları və qohumları, o cümlədən keçmiş ordu komandiri Ətaullah Salehinin oğlu Əmmar Salehi, əmək naziri Məhəmməd Şəriətmədari'nin kürəkəni Hadi Rəzəvi, və Keçmiş İranın rifah naziri Pərviz Kazimi onda əsas rolu oynadılar.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment