GünazTV Sep.12.2020: İsrail və Bəhreyn münasibətləri normallaşdırmaq barədə razılığa gəldilər
İsrail və Bəhreyn münasibətləri normallaşdırmaq barədə razılığa gəldilər
İsrail və Bəhreyn münasibətləri normallaşdırmaq barədə razılığa gəldilər
ABŞ Prezidenti Donald Trump bir Twitter mesajında İsrail ilə Bəhreyn arasındakı tarixi anlaşmanı və iki ölkə arasında sülh müqaviləsinin imzalandığını elan etdi.
ABŞ prezidenti cümə günü bir Twitter mesajında Bəhreynin son bir ayda İsrail ilə dostluq müqaviləsi imzalayan ikinci ərəb ölkəsi olduğunu söylədi.
ABŞ-İsrail-Bəhreyn ortaq açıqlamasında, üç liderin cümə günü danışdıqları və Bəhreyn Krallığı ilə İsrailin tam diplomatik əlaqələrini bərpa edəcəkləri barədə razılığa gəldikləri bildirilib. Birgə açıqlamada, tərəflərin İsrail və Bəhreynin İsrail-Fələstin məsələsinin həlli üçün səylərini davam etdirəcəyi də vurğulandıb.
Hazırda yalnız dörd ərəb ölkəsi, yəni Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsrailin varlığını tanıyaraq bu yəhudi ölkə ilə rəsmi əlaqələr qurublar. 1948-ci ildə İsrail müstəqilliyini elan etdikdən sonra, 1979-cu ildə Misir, 1994-cü ildə İordaniya və 2020-ci ildə isə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn bir aylıq fasilə ilə İsrail ilə sülh müqaviləsi imzalayıblar.
Bu münasibətlərin normallaşması elə bir halda baş verir ki ərəb dünyasındakı əksər ölkələr İsrail ilə əlaqə qurmaqdan imtina edərək normallaşmanı Fələstin məsələsinin həll edilməsinə və müstəqil bir Fələstin dövlətinin qurulmasına şərtləndiriblər.
Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, İranın cənub sərhədinə yaxın iki Körfəz ölkələridilər ki, son bir ayda İsrail ilə münasibətləri normallaşdırıblar.
İranın cənub qonşuları ilə Təl-Əviv arasındakı münasibətlərin normallaşması, Tehranı çox narahat edib çünki, Yaxın Şərqin ən yüksək hərbi, təhlükəsizlik və kəşfiyyat gücü olan İsrail, İran sərhədlərinə daha da yaxınlaşıb. Bu elə bir vaxtda baş verir ki İsrailin İranın Körfəzdəki su sərhədinə yaxınlaşması ilə birlikdə, İran İsrail sərhədləri yaxınlığında Suriya və Livandakı mövcudluğunu azaltmaq məcburiyyətində qalıb.
Daha öncə İranın lideri və hərbi rəsmiləri Birləşmiş Ərəb Əmirlikləri-nin İsrail ilə münasibətlərinin normallaşmasına sərt reaksiya göstərmişdilər. Əli Xamenei BƏƏ-nin bu hərəkətini müsəlman dünyasına və Fələstinlilərə "xəyanət" kimi qiymətləndirmişdi və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Körfəzdə bir şey olarsa, İranın bunu Birləşmiş Ərəb Əmirliklərinin gözündən görəcəyini söyləmişdi.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment