19 September, 2020

GünazTV Sep.10.2020: Yunanıstandakı ən böyük qaçqın düşərgəsindəki yanğından sonra 13 min nəfərin köçürülüb

 

GünazTV Sep.10.2020: Yunanıstandakı ən böyük qaçqın düşərgəsindəki yanğından sonra 13 min nəfərin köçürülüb

2020-09-10 18:33

Yunanıstandakı ən böyük qaçqın düşərgəsindəki yanğından sonra 13 min nəfərin köçürülüb

Gunaz.tvQuote | Gunaz article

Yunanıstandakı ən böyük qaçqın düşərgəsindəki yanğından sonra 13 min nəfərin köçürülüb

Çərşənbə gününün ilk saatlarında Yunanıstanın Lesbos adasındakı Moria düşərgəsində çıxan yanğında ən az 13 min qaçqın müvəqqəti sığınacaqlarını itiriblər.

Moria düşərgəsi, daha əvvəl Corona virusu səbəbiylə karantinaya alınmışdı, ancaq yanğın vəziyyəti çətinləşdirib; və nəticədə Lesbos rəsmiləri dörd aylıq fövqəladə

vəziyyət elan ediblər.

Bir sıra İranlı qaçqının da yaşadığı Moria düşərgəsi, sağlamlıq və təhlükəsizlik baxımından pis bir vəziyyətdədir, lakin Yunanistan hökuməti qaçqınların başqa

bölgələrə köçmələrinə və düşərgədən kənarda yaşamalarına icazə vermir.

Moria düşərgəsi təxminən 2700 nəfər tutumuna malikdir, lakin son illərdə orada 12 mindən çox sığınacaq axtaran və mühacir yerləşdirilib.

İnsan hüquqları və yardım təşkilatları düşərgədəki sıxlıq və pis şərait barədə dəfələrlə xəbərdarlıq ediblər. Düşərgə Avropanın sığınacaq axtaranlara və köçkünlərə

qarşı qeyri-insani rəftarının bir simbolu halına gəlib.

İranlı və digər millətlərdən olan qaçqınlar Yunanıstandakı və bəzi Avropa ölkələrindəki düşərgələrdə alçaldılırlar, Türkiyə isə 5 milyondan çox qaçqın və miqrantla

sığınacaq axtaranları qəbul etmək baxımından dünyada birinci yerdədir.

Yayılan məlumatlara görə, Türkiyədə təxminən 40 min İranlı qaçqın var ki Yunanıstan və bəzi digər Avropa ölkələrindən fərqli olaraq, Türkiyə şəhərlərində və

düşərgələrdən kənarda yaşamaq hüququna sahibdilər. Son dörd onillikdə, Türkiyə ölkələrindəki basğı və şiddətdən qaçan milyonlarla iranlıya üçüncü bir

ölkədə yerləşmələri üçün sığınacaq verərək onlara kömək edib. Baxmayaraq ki, Pan-Fars düşüncəli bir çox qədirbilməz İranlı daima Türkiyə və Türklərə qarşı nankorluq

edərək uyğunsuz sözlər dilə gətiriblər.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: