05 September, 2020

GünazTV Sep.02.2020: Türkiyə Yunanıstanın Castellorizo adasını tərksilah etməsini istəyir

 

GünazTV Sep.02.2020: Türkiyə Yunanıstanın Castellorizo adasını tərksilah etməsini istəyir

2020-09-02 18:46

Türkiyə Yunanıstanın Castellorizo adasını tərksilah etməsini istəyir

Gunaz.tvQuote | Gunaz article

Türkiyə Yunanıstanın Castellorizo adasını tərksilah etməsini istəyir

Türkiyə Yunanıstandan sərhədlərinə yaxın olan kiçik bir adadan qoşunlarının geri çəkilməsini tələb etdi. Castellorizo adası, Türkiyənin cənub sahillərindən təqribən 2 km, Yunanıstanın paytaxtı Atinadan isə 570 km uzaqlıqdadır.

Bu problemin kökündə Türkiyənin mövqeyini zəiflətmək məqsədi ilə sahillərindəki adaların çoxunu Yunanistana verən, Türkiyə üçün təhlükəsizlik problemi yaradan, və Türkiyəni sahil və iktişafi hüquqlarından məhrum edən Lozanna müqaviləsi dayanır.

Türkiyə, Yunanistanın Türk sahillərinə hakim olmasına qarşı çıxır və bir çox Egey və Aralıq dənizi adasının haqsız və müstəmləkə münasibəti çərçivəsində Yunanistana verilməsi səbəbiylə BMT-nin Dəniz Qanunu Konvensiyonunu imzalamıb. Türkiyə, bir ölkənin kontinental şelfinin anakarasından ölçülməsinin lazım olduğunu və bu səbəbdən Castellorizo'nun cənub bölgəsi Türkiyənin təkəl və inhisari bölgəsi olduğunu savunur.

Son illərdə Qibris, İsrail və Misir tərəfindən ortaq istifadə edilən Aralıq dənizinin mübahisəli bölgələrində böyük təbii qaz ehtiyatları ortaya çıxıb. Türkiyənin də bu qaynaqlardan pay almaqda israr etməsi tarixi rəqibi Yunanıstan və və habelə Qibrislə münasibətlərini daha da gərginləşdirib.

Türkiyə bu alçaldıcı tənliyi qəbul etmək istəmədiyini və quru və dəniz üzərində suverenliyindən istifadə etmək istədiyini vurğuladığı üçün Castellorizo adası məsələsi çox mübahisəli hala gəlib.

Türk mediası tərəfindən adaya girən Yunan əsgərlərinin görüntülərinin yayımlanmasından sonra, Ankaradakı Xarici İşlər Nazirliyi onların mövcudluğunun 1947 sülh müqaviləsini pozduğunu elan etdi. Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy, "Sahillərimizdə bu cür təxribatlara icazə verməyəcəyik. 1947 sülh müqaviləsinə görə, bu adalar tərksilah edilməlidir "dedi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da keçən bazar günü ölkəsinin Aralıq dənizinin şərqindəki mənafelərini qorumaq üçün əvəzini ödəməyə hazır olduğunu söyləyərək dedi: "Türkiyə, xüsusən də Aralıq dənizinin şərqindəki təhdidlər, qorxutmalar və şantaj dilinə boyun əyməyəcək. Və beynəlxalq hüquq və ikitərəfli müqavilələr çərçivəsində hüquqlarını müdafiə etməyə davam edəcək."

Yunanistan və Türkiyə iki böyük müharibəyə giriblər, biri 1919-cu ildə Türk İstiqlal Müharibəsi zamanı, ki Yunanıstan əsas işğalçı qüvvələrdən biri idi, digəri isə Qibris adasında, Yunan tərəfi ada türklərinin hüquqlarını görməməzlikdən gələrək adanı 1974-cü ildə çevriliş və kudeta yolu ilə Yunanıstanla birləşdirməyə qərar verdiyi zaman.

Türkiyə hər iki müharibədə də Yunanıstanı qətiyyətlə məğlub etdi, lakin Atina yenə də Ankaraya meydan oxumğa davam edir. Türk araşdırma və iktişafi gəmisi "Oruc Reis"in Aralıq yada Meditəranə dənizinə göndərilməsi Yunanıstanda sərt bir reaksiya ilə qarşılandı və Yunanistan, önümüzdəki beş il ərzində Fransadan 10 milyard avro dəyərində silah alacağını açıqladı.

Xəbər agentliklərinin verdiyi bilgilərə görə, Yunanıstan 2020 ilə 2025 arasında iki silahlanma proqramı üzərində çalışır. Bu ölkə son illərdəki kəskin iqtisadi böhranlarla üzüzə olduğu üçün dayandırdığı silah satın alma siyasətini dəyişdirməyə qərar verib. Yeni yanaşmaya görə, Yunanıstan ən böyük dəstəkçisi Fransa ilə yanaşı İsrail və Birləşmiş Ərəb Əmirliklərindən də silah alacaq.

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: