GünazTV Sep.09.2020: Lukaşenko deyir ki, bəlkə də uzun bir müddət hakimiyyətdə qalmış ola bilər
Lukaşenko deyir ki, bəlkə də uzun bir müddət hakimiyyətdə qalmış ola bilər
Lukaşenko deyir ki, bəlkə də uzun bir müddət hakimiyyətdə qalmış ola bilər
Belarusiyada Avqustun 9-nda gerçəkləşən prezident seçkilərinin nəticələrinə qarşı etirazlar gücləndikcə, Alexander Lukashenko
"bəlkə də biraz çox" hakimiyyətdə qaldığına etiraf etdi.
Eyni zamanda son 26 ildə hakimiyyətin başında olan və Avropanın son diktatoru adlandırılan Lukaşenko, heç vaxt hakimiyyətdən
əl çəkməyəcəyinə söz verdi.
O, bu sözləri Rusiya televiziyonuna verdiyi bir müsahibədə, elə bir halda dilə gətirdi ki Belarusdakı mübahisəli prezident seçkilərindən
sonra ölkənin seçki komissiyonu Aleksandr Lukaşenkonun səslərin 80% -i əldə edərək altıncı dövrü qazandığını iddia edib.
Belarus prezidenti bu müsahibə zamanı habelə o və "Rusiya hökuməti" əgər bu gün Belarus düşsə, sabah sıra Rusiyaya gələcək"
düşüncəsində olduğunu söylədi. O, sözlərinin davamında Vladimir Putini "böyük qardaşı" olaraq tanımladı və Belarusiyadakı
iğtişaşlarda Amerika Birləşmiş Əyalətləri və Telegram mesajlaşma xidmətini günahlandırdı.
Qeyd etmək lazımdır ki İran, Çin və Rusiya da daxil olmaqla diktator rejimlər Telegram mesajlaşma xidmətindən və sərbəst
bilgi dolaşımından qorxurlar və öz ölkələrində bu xidməti qadağan ediblər. Telegram mesajlaşma xidməti, Putin-ə qarşı
olan Pavel və Nikolai Durov adlı iki demokrasi sevər Rus qardaşları tərəfindən sansura qarşı və məlumatların örtbasdır
etməsinə qarşı durmaq üçün quruldu.
Belarusiyada keçirilən prezident seçkilərində Lukashenko'nun zəfər elan etməsindən sonra geniş etirazlar bu günə dək
davam edir və bu etirazlara rəhbərlik edən Svetlana Tyxanovskaya, Veronica Sepkalo və Maria Kolesnikova adında üç
qadın ölkəni tərk etmək məcburiyyətində qalıblar. Əlbəttə, maskalı şəxslər tərəfindən bir maşının içinə atılan və itkin
düşən Maria Kolesnikova-nın taleyi ilə bağlı ziddiyyətli məlumatlar var.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment