GünazTV Aug.29.2020: AB Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqladı
AB Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqladı
AB Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqladı
Avropa Birliyinin xarici siyasət başçısı, blokun Türkiyənin Meditəranə vəya Aralıq dənizinin şərqindəki kəşfiyyat əməliyyatına cavab olaraq Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığı barədə xəbərdarlıq etdi.
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Josep Borrell, 28 sentyabr Cümə günü, təhrim və sanksiyaların Türkiyənin Yunanıstanla mübahisəli sularda təbii qaz axtarış imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını və Türk şəxsləri və gəmilərini də əhatə edə biləcəyini söylədi.
Cənab Borrell Yunanıstanın Türkiyəyə qarşı dəstəklənməsini hədəfləyən Avropa Birliyi xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Berlinə səfər edib.
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri bir mətbuat konfransında Blokun Türkiyə gəmilərinə sanksiya tətbiq etməyə, Avropa limanlarına girməsinə maneə törətməyə, habelə Ankaraya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazır olduğunu söylədi.
NATO-nun iki üzvü olan Yunanıstan və Türkiyə arasındakı gərginlik Aralıq dənizinin şərqində bir neçə qaz yatağının kəşf edilməsi və araşdrıma və iktişafi bir türk gəmisinin mübahisəli sulara göndərilməsindən sonra kəskinləşib. Yunanıstan Misir, Qibris və İsrail ilə Aralıq dənizi enerji qaynaqlarının ortaq istismarı ilə bağlı razılaşmalar əldə edib, ancaq eyni zamanda Türkiyənin bu qaz qaynaqlarında iştirak etməsini aradan qaldırmağa çalışır.
Yunanıstan, Aralıq dənizinin şərqində türk gəmisi Oruc Rəis tərəfindən neft və qaz kəşfiyyatı başlandıqdan bəri Fransa, İtaliya və Qibris ilə hərbi təlimlər keçirib və Qibris və Yunanıstana dəstək olaraq Fransa, döyüş gəmisini bölgəyə göndərib.
Görünən o ki, Avropa Birliyi və digər güclər, onların istəklərinə uyğun hərəkət edən, öz sahil sularında enerji qaynaqlarından istifadə etməyən, və bölgədə və dünyada öz siyasi və iqtisadi təsir dairəsini genişləndirməyən bir Türkiyəni görmək üçün Ankaraya basğı və təzyiq göstərirlər.
Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Aralıq dənizinin şərqindəki hüquqlarını sona qədər davam etdirmək əzmində olduğunu və heç bir "sömürgəci gücünün" və ya təhdidin Türkiyə yolunda dayana bilməyəcəyini söyləyib.
Brükselin Ankaranı təhrim etmək cəhdlərninə baxmayaraq, Türkiyə həm Aralıq dənizində, həm də Qara dənizdə kəşfiyyat işlərini davam etdirir və keçən həftə Qara dənizdə böyük enerji qaynaqları kəşf etdiyini açıqladı.
Müşahidəçilər, Qara dənizdə kəşf edilmiş təbii qaz ehtiyatlarının həcminin 320 milyard kubmetr qiymətləndirildiyini düşünürlər ki, bu da bölgənin və dünyanın enerji mənzərəsini dəyişdirə bilər, və Türkiyəni enerji idxalına ehtiyacı olan bir ölkədən neft və qaz ixracatçısına çevirə bilər.
Wood Mackenzie Enerji Araşdırmaları Mərkəzinin Araşdırmacısı olan Thomas Purdie-nin sözlərinə görə, Şərqi Aralıq dənizində, böyük təbii qaz ehtiyatlarının kəşf edilməsi Misir və Qibrisi enerji idxalçılarından qaz ixracatçılarına çevirdiyi kim, bu Qara dənizdəki kəşflər də enerji sahəsində oyununun qaydalarını dəyişdirəcəkdir.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment