GünazTV Sep.11.2020: Microsoft: Rusiya, Çin və İrandan olan hakerlər ABŞ seçkilərini hədəf alıblar
Microsoft: Rusiya, Çin və İrandan olan hakerlər ABŞ seçkilərini hədəf alıblar
Microsoft: Rusiya, Çin və İrandan olan hakerlər ABŞ seçkilərini hədəf alıblar
Microsoft, son həftələrdə Rusiya, İran və Çin üçün çalışan hakerlərin ABŞ Prezidenti Donald Trump və Demokratlar namizədi Joe Biden-in seçki kampaniyaları ilə əlaqəli şəxslərə və təşkilatlara hücumlarını artırdığını söyləyib.
Microsoft, bu üç ölkə ilə əlaqəli hakerlərin 2020-ci il Amerika prezident seçkilərində fəaliyyət göstərən şəxslərə və qruplara casusluq etməyə çalışdıqlarını əlavə edib.
NBC News-un məlumatına görə, Microsoft Müştəri Təhlükəsizliyi departmentinin başçısı Tom Burt, cümə axşamı yayımlanan bir yazısında belə yazır: Microsoft kiber təhlükəsizlik mütəxəssisləri kəşf ediblər ki may və iyun aylarında İranla əlaqəli hakerlər, Donald Trump da daxil olmaqla, ABŞ hökumət rəsmilərinin hesablarına girməyə çalışıblar ancaq, bu səylər "uğursuz"la sonuclanıb.
Microsoft, 2016-cı ildə Demokrat Partiyasının kampaniya qərargahına saldırmaqla məsul olan eyni rus qrupunun yeni kiberhücumlarda rol oynadığını söyləyib. Microsoft-ın açıqlamasında, Strandium qrupuna bağlı Rus hakerlərin, bir çoxunun ABŞ-ın iki əsas siyasi partiyasına bağlı olan 200-dən çox təşkilatı hədəf aldığı bildirilib.
Məlumata görə, Rusiya bu il 19 avqust - 4 sentyabr tarixlərində köhnə istifadəçi adları və şifrələrindən istifadə edərək təxminən 7000 hesaba daxil olmağa çalışıb, ancaq bu saldırıların heç biri uğurlu alınmayıb.
Şirkət, Çinli hakerlərin Bidenin seçki kampaniyasına bağlı insanlara qarşı hücumlar təşkil etdiklərini və İranlı hakerlərin Trumpın kampaniyası ilə əlaqəli insanları hədəf almağa davam etdiklərini vurğulayıb, ancaq Microsoft kiber hücumların böyük ölçüdə uğursuz olduğunu söyləyib.
ABŞ-ın iki əsas siyasi partiyasının 2020-ci il prezidentliyə namizədlərinin səlahiyyətliləri, seçki kampaniyalarına edilən haker hücumları xəbərlərinə reaksiya göstəriblər.
NBC News-a görə, Biden kampaniyasının mətbuat üzrə müavini Camal Brown, "Bizə hücum olacağını əvvəldən bilirdik və buna hazır idik" deyib.
Trump seçki kampaniyasının mətbuat üzrə müavini də, NBC News-a göndərdiyi elektron poçtda hücumlardan təəccüblənmədiyini söyləyib.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment