GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır
İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır
İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır
İranda onlarla qadın məcburi hicaba etiraz etdiklərinə görə həbsdə olarkən, Kayhan qəzetinin keçmiş baş redaktoru Mehdi Nəsiri bir televiziyon proqramında hicabla əlaqəli zorakılığı tənqid edərək hökumətin hicab bağlamaq məcburiyyətinin hicabı zəiflətən amillərdən biri olduğunu söylədi.
Nəsiri, 16 sentyabr çərşənbə günü, Tehran vaxtı ilə saat 22 də İran televizyonunun Kanal 4-də yayımlanan Zavieh adlı proqramında, Mədəniyyət Nazirliyinə görə, İran əhalisinin 70% -i məcburi hicaba qarşı olduğunu söylədi.
Bu verilişdə Kayhan qəzetinin keçmiş baş redaktoru, inqilabın qələbəsindən 40 il sonra İran cəmiyyətində "hicabsızlığa meylin" çoxaldığından narahat olduğunu dilə gətirdi. O, dedi ki hökumətin son 40 illik təcrübəsi bunu göstərir ki hicabı zorla qorumaq hicabın zəiflələnməinə səbəb olub və nə ağılla, nə məntiqlə və nə də dinlə uyuşan bu gediş davam etməməlidir.
Nəsiri əlavə etdi ki, toplumdakı insanların əksəriyyəti məcburi hicab qanununa qarşı çıxırlar, ona görə də hökümət, icrası mümkün olmadığı üçün, bu qanunu qaldırmalıdır.
İran hökumətinin sonradan qaldırmağa məcbur olduğu İranda video və peyk istifadəsinin qadağan edilməsi təcrübəsinə toxunaraq "hökumətin məcburi hicab tətbiq etməkdə israr etməsi toplumun qütbləşməsinə səbəb olub" dedi. Nəsiri əlavə etdi ki, "sonda gec olsa da, hicabın məcburi olmadığına çatacağıq."
Cənab Nəsiri, hicabsızlığa yoxsulluq və ədalətsizlikdən daha çox həssasiyət göstərikdiyini tənqid edərək dedi. "Məsələn, 12 yaşında bir qız toplumda zibil qabında rizqini axtararsa, diqqət çəkməz, ancaq eyni qız hicabını çıxarsa, bu ciddi bir məsələ ola bilər və yüz metrlik yürüyərək bir video çəkərsə, böyük bir problem ola bilər."
Bu sözlər elə bir vaxtda dilə gətirilir ki, onlarla İranlı qadın və qızın məcburi hicaba etiraz etdiklərinə və qarşı çıxdıqlarına görə sərt cəzalarla üzləşiblər. Beynəlxalq Amnistiya Təşkilatına görə, 2018-ci ildə İranda məcburi hicaba etiraz etdiklərinə görə ən azı 39 nəfər tutularaq uzun müddətli həbs cəzasına məhkum ediliblər.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment