03 August, 2020

GünazTV July.31.2020: Fazil Meybodi: Məhərrəm ayında yas mərasimlərinin keçirilməsi haramdır

GünazTV July.31.2020: Fazil Meybodi: Məhərrəm ayında yas mərasimlərinin keçirilməsi haramdır

2020-07-31 19:20
Fazil Meybodi: Məhərrəm ayında yas mərasimlərinin keçirilməsi haramdır
Gunaz.tvQuote | Gunaz article
Fazil Meybodi: Məhərrəm ayında yas mərasimlərinin keçirilməsi haramdır

İslam Respublikasının yüksək vəzifəli şəxsləri, o cümlədən Rəhbər Əli Xamenei və Prezident Həsən Ruhani, Corona virusunun yenidən yayğılşmasına baxmayaraq, Məhərrəm ayında yas mərasimlərinin keçirilməsinə israr edərkən, Qumda seminariya müəllimi Məhəmməd Tağı Fazil Meybodi "Setareye Sobh/Səhər ulduzu" qəzetinə verdiyi bir müsahibədə bu mərasimin keçirilməsini haram elan edib.
Fazil Meybodi Məhərrəm mərasiminin keçirilməsinin əleyhinə olduğunu bildirərək deyib: "Mütəxəssislərin rəyi, yas mərasimlərində xəstəliyin yayılma ehtimalının artacağına görə olarsa, hətta o mərasimi keçirmək nəinki tövsiyə edilmir, həm də qadağan və haramdır çünki yayılma və yoluxma ehtimalı var və bu mərasimlər keçirilməməlidir."
Qum seminariya müəllimi, ölkədə matəm və yasdan qazanc peşəsinə olan məddahlara toxunaraq sözlərini belə davam edib: "Koronanın yayğın olduğuna görə Məhərrəmlik yas mərasimlərinin keçirilməməsi dinə xələl gətirmir. İnsanları din adı ilə xəstə etmək və ya öldürmək çox pisdir. Bugünkü yaslarımız sapmalar və xurafatlar səbəbindən korronasız da zərərsiz deyil."
Kovid-19 virusunun artması səbəbindən Fazil Meybodi tərəfindən Məhərrəm mərasimlərinin keçirilməsinin haram elan edilməsinə baxmayaraq, İran hökumətinə bağlı bir çox din alimi və məddah Məhərrəm mərasimlərinin görkəmli bir halda keçiriləcəyini elan ediblər.
Ekstremist və aşırı din alim Nasir Məkarim Şirazi, İslami Təbliğat Təşkilatının rəhbəri Məhəmməd Qomi ilə görüşdə Məhərrəm mərasimlərinin keçirilməsinin vacibliyini vurğulayaraq Aşura və Məhərrəm mərasimlərindən imtina etməyin mümkin olmadığını və bunun bir problemə səbəb olacağını söyləyərək əlavə edib ki heç bir səbəblə Aşura mərasimini dayandırmaq olmaz.
Rəhbərin məddahı olan Səid Həddadian da belə deyib: "Bu il Məhərrəm mərasimini görkəm və şan-şöhrətlə keçirməliyik. Kimiləri ölsə belə, bu mərasim üçün canını vermək istəyənlər var. Canımızın icazəsi öz əlimizdədi."
Yas mərasimlərinin möhtəşəm keçirilməsini vurğulayan Həddadian əlavə edib: "şərait nə olarsa olsun bu il Azadi Meydanından İnqilab Meydanına qədər böyük bir yas mərasimi yola salacağam."

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: