21 August, 2020

GünazTV Aug.13.2020: Joe Biden Kamala Harrisi öz müavini seçdi

 

GünazTV Aug.13.2020: Joe Biden Kamala Harrisi öz müavini seçdi

2020-08-13 18:36

Joe Biden Kamala Harrisi öz müavini seçdi

Gunaz.tvQuote | Gunaz article

Joe Biden Kamala Harrisi öz müavini seçdi

 

Demokrat Partiyasının prezidentliyə namizədi Joe Biden Kamala Harrisi öz müavini və seçkilərdəki yoldaşı olaraq təqdim etdi.

Kamala  Harris ABŞ-da keçirilən prezident seçkilərində əsas bir partiyanın prezident müavini olaraq namizədliyini irəli sürən ilk rəngli qadındır.

Xanım Harrisin seçilməsinin ehtimalı ilə bağlı mübahisələr çoxdan başlamışdı. Cənab Biden, bir tviter mesajında xanım Harrisin bu seçki kampaniyaları sürəsincə yanında olmağının böyük bir şərəf olduğunu bildirərək Kamala Harrisi "qorxmaz bir döyüşçü" və "ölkənin ən yaxşı xidmətçilərindən biri" olaraq xarakterizə etdi.

Daha əvvəl Noyabr seçkilərində namizəd olan xanım Harris, Demokrat Partiyasının rəqabətlərinin ilk sırasında öz kampaniyasına son verdi. O, qısa kampaniyası dövründə Joe biden-i dəfələrlə tənqid etmişdi.

Prezident Donald Trump, Kamala Harrisin Joe Biden'in seçki yoldaşı və köməkçisi olaraq seçilməsini sərt şəkildə tənqid etsə də, Demokratlar bu seçimə alqış və dəstəklə reaksiya göstərdilər.

ABŞ-ın keçmiş prezidenti Barak Obama bir bildiri yayaraq bu seçimi təriflədi və Bidenin hədəfə vurduğunu söylədi. Obama, vitse-prezidentin Ağ Evin qərar vermə prosesindəki vacib roluna toxunaraq dedi: "Mən Kamala Harrisi çoxdan tanıyıram. Kamala bu mövqe üçün uyğundur."

Öncəki ABŞ prezident seçkilərindəki Demokrat namizəd Hillary Clinton da Kamala Harrisin seçilməsindən məmnun olduğunu dilə gətirərək, onu Joe Biden üçün güclü tərəfdaş olacaq "fövqəladə bir lider" adlandırdı.

ABŞ-ın keçmiş prezidenti Bill Clinton və Demokrat Partiyasının ilkin namizədlərindən olan Bernie Sanders də bu seçimi dəstəklədilər.

55 yaşlı Kamala  Harris vitzə-prezidentliyə namizəd olan ilk qaradərili namizəddir. O, 2017-ci ildən bəri Kaliforniya ştatının ABŞ Senatındakı nümayəndəsidir.

Xanım Harris Harvard Universitetinin hüquq məzunudur; Karyerasına Alameda bölgəsinin savcısının ofisində işə başladı və Kaliforniyanın baş savcısı vəzifəsinə qədər yüksəldi.

Noyabr seçkilərində ilkin namizədlərdən olan xanım Harris, Demokrat Partiyasının ilkin səsvermələri başlamadan əvvəl mali problemlərlə üzləşərək kampaniyasına son qoymuşdu.

Atası hindustanlı və anası Camaikalı olan xanım Harrisin seçilməsiylə birkildə Demokratlar,  Noyabr seçkilərində qaralar, qadınlar və irqi azlıqların səslərinin Joe Biden tərəfindən qazanılacağına və Prezident Trumpın məğlub edilməsinə ümid edirlər.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: