GünazTV Aug.15.2020: Fransa, Türkiyənin Aralıq dənizini iktişafi araşdırmalarına qarşı çıxır
Fransa, Türkiyənin Aralıq dənizini iktişafi araşdırmalarına qarşı çıxır
Fransa, Türkiyənin Aralıq dənizini iktişafi araşdırmalarına qarşı çıxır
Yunanıstan, Qibris, İsrail, Misir, Libiya və hətta Fransa da daxil olmaqla Şərqi Aralıq dənizi bölgəsindəki ölkələr, bölgənin enerji qaynaqlarında pay sahibi olmaq istədikləri baxmayaraq, Türkiyənin aşdırma çalışmaları, o cümlədən, “Oruc Reis” iktişafi gəmisini Şərqi Aralıq dənizi və bölgə sularına göndərməsinə Fransa və digər Aralıq dənizi ölkələri tərəfindən qarşı çıxılır.
Aralıq dənizinin (başqa bir adıyla Meditəranə Dənizinin) şərqindəki qaz ehtiyatları ilə əlaqədar Türkiyə ilə Avropa ölkələri arasında gərginlik artdıqca, Fransa prezidenti Emmanuel Makron ölkəsinin bölgədəki hərbi donanmasının gücləndiyini elan edib və Türkiyəni mübahisəli sularda kəşfiyyat əməliyyatlarını dayandırmağa çağırıb.
Habelədə, Yunanıstan “Oruc Reis” kəşfiyyat gəmisinin fəaliyətlərindən narahatlığını ifadə edib. Bu gəmi bir Türk donanmasının müşayiəti ilə, Aralıq dənizinin şərqindəki sulara girib və Yunanıstanın öz ərazi sularının bir hissəsi hesab etdiyi bir bölgədə enerji qaynaqlarını axtarır.
Türkiyə, Yunanıstan, Qibris, İsrail, Misir və Libiya Aralıq dənizinin şərqindəki qaz ehtiyatlarına iddia edən ən az səkkiz ölkə arasındadır. Daha əvvəllərdə, Qibrisin qaz kəşfiyyatı və qazma fəaliyətləti və Türkiyənin “Fatih” qazma gəmisinin Qibris yaxınlığındakı sulara göndərilməsi gərginliyə səbəb olmuşdu.
Şərqi Aralıq dənizi bölgəsinin potensial neft və qaz ehtiyatları barədə hələ dəqiq bir məlumat yoxdur və görünən odur ki, bu münaqişələr enerji və iqtisadi baxımdan daha çox geostratejik karakter daşıyır çünki Aralıq dənizinin şərqində olan ölkələr və Fransa kimi qlobal güclər Türkiyənin getdikcə artmaqda olan təsiri və güclənməsindən narahatlıq duyurlar.
Türkiyə iktişafi fəaliyyətlərini Libiya ilə razılaşma çərçivəsində həyata keçirir. 2019-cu ilin noyabrında Ankara Libiya ilə Türkiyənin cənub sahillərindən Libiyanın şimal-şərq sahillərinə qədər uzanan inhisari iqtisadi bölgəsi quran bir müqavilə imzaladı.
Türkiyə BMT tərəfindən təsdiqlənən Libiya hökumətini dəstəkləsə də, Fransa, Misir, BƏƏ və Rusiya da daxil olmaqla digər ölkələr General Haftarın üsyançı qüvvələrini dəstəkləyir.
Yunanıstan və Qibris, Türkiyə yaxınlığında yerləşən adaları bəhanəsi ilə Türkiyəni dəniz hüquqlarından məhrum etməyə çalışırlar, ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sevr Müqaviləsinin 100 ildönümünə toxunaraq Türkiyənin heç bir şəkildə dəniz yollarının bağlanması hərəkətlərinə icazə verməyəcəyini söyləyib.
Fransanın fəal iştirakı ilə 10 Avqust 1920-ci ildə Türkiyəyə təhmil edilən Sevr müqaviləsinə görə, Türkiyənin şərqində iki xəyali ölkə Ermənistan və Kürdüstan qurulacaq idi, Türkiyənin qərb və cənub torpaqları isə, yunanlar, italyanlar, İngilislər və Fransalılar arasında bölünəcək idi.
Bu müqaviləyə görə, Ankara, maliyyə və hərbi gücə bilə sahib olmayan və zəif bir müstəmləkə dövləti olaraq mövcud olmağa davam edən və Ankara ilə ətraf bölgələrlə məhdudlaşan bir varlıq olacaq idi. Əlbətdə ki, Mustafa Kamal Atatürkün dərayəti və türk xalqının rəşadəti ilə birlikdə bütün bu toteələr və sui-qəsdlər yerlə bir oldu və Sevr müqaviləsi ləğv edildi.
İndi isə çirkin Sevr müqaviləsinin 100 illiyində Fransa müstəmləkəçi yanaşmasından əl çəkmir və Aralıq dənizində, Lübnanda və Aralıq dənizindəki digər ölkələrə meydan oxumaqla, Türkiyəyə qarşı sanksiyalar və hətta hərbi əməliyyatlarla hədələyərək Türkiyənin təsir və güclənməsinin qarşısını almağa çalışaraq Türklərə başqa bir Sevr tətbiq etməyi həvəsləyir.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment