21 August, 2020

GünazTV Aug.12.2020: Müxalifət namizədi prezident seçkilərində Belarusiyadan qaçdı

 

GünazTV Aug.12.2020: Müxalifət namizədi prezident seçkilərində Belarusiyadan qaçdı

2020-08-12 18:14

Müxalifət namizədi prezident seçkilərində Belarusiyadan qaçdı

Gunaz.tvQuote | Gunaz article

Müxalifət namizədi prezident seçkilərində Belarusiyadan qaçdı

Belarusiya prezident seçkilərində əsas müxalifət namizədi olan Svetlana Tixanoskaya ölkəni tərk edərək Litvaniyaya qaçdı. Bundan əvvəl o, hökuməti geniş fırıldaqçılıqda ittiham etmiş və seçkinin nəticələrini qəbul etməyəcəyini bildirmişdi.

Keçmişdə İngilis dili müəllimi olan xanım Tixanoskaya əri həbs edildikdən sonra seçkidə iştirak etdi. Çərşənbə axşamı videomüraciətində tərəfdarlarından üzr istəyərək, etirazları dayandırmağa çağırdı.

Öz qərarı ilə ölkəni tərk etdiyini vurğulayan Svetlana Tixanoskaya eyləm iştirakçılarını qanuna hörmət etməyə və polislə qarşıdurmalardan çəkinməyə çağırdı.

Ancaq onun seçim kampanyasında çalışanlar xanım Tixanoskaya-nın təzyiq altında qərar verdiyini söyləyirlər. Onun hökümət əleyhinə olan blogger həyat yoldaşı, Mayda seçkilərdə namizəd olandan sonra tutuqlandı və bu günə qədər həbsdədir.

Nəticələri Bazar günü belirlənən prezident seçkilərində Belarus prezidenti Aleksandr Lukashenko təxminən 80 faiz səs toplayaraq ardıcıl olaraq altıncı dəfə ölkənin prezidenti oldu.

Minlərlə etirazçı paytaxt Minsk də daxil olmaqla müxtəlif şəhərlərdə nümayiş keçirərək son iki gecə polislə toqquşdular.

Avropa Birliyi və ABŞ hökuməti baş verənləri sərt şəkildə tənqid etdilər. O cümlədən, ABŞ dövlət katibi Mayk Pompeo, verdiyi açıqlamada, müxaliflərə qarşı davam edən basqıları və müxaliflərin tutulmalarını qınayaraq Belarus seçkilərinin azad və ədalətli olmadığını söylədi. Avropa Birliyi də nümayişçilərə qarşı basqını pisləyərək tutulanların dərhal sərbəst buraxılmasını istədi.

65 yaşlı Alexander Lukashenko 26 ildir Belarusun prezidenti olub və kontinental Avropanın son diktatoru kimi tanınır.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: