21 August, 2020

GünazTV Aug.14.2020: Dünən İsrail və Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidenti Donald Trumpın vasitəçiliyi ilə iki ölkə...

 

GünazTV Aug.14.2020: Dünən İsrail və Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidenti Donald Trumpın vasitəçiliyi ilə iki ölkə...

2020-08-14 18:31

Dünən İsrail və Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidenti Donald Trumpın vasitəçiliyi ilə iki ölkə...

Gunaz.tvQuote | Gunaz article

Dünən İsrail və Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidenti Donald Trumpın vasitəçiliyi ilə iki ölkə arasındakı münasibətlərin normallaşdırılması barədə razılığa gəldilər. Trump Twitter mesajında belə yazdı: "Böyük bir başarı. İki böyük dostumuz olan İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi sülh razılaşması."

Cənab Trump, ortaq bir bildiridə elan etdi ki İsrailin Baş naziri Benyamin Netanyahu və Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayedin "bu tarixi başarının Yaxın Şərqdə barışın inkişafına kömək edə biləcəyinə" ümid edirlər.

Bu ortaq bildiridə bildirilib ki, razılaşma nəticəsində İsrail Qərb Şəriyənin böyük hissələrini ilhaq etmək planlarını müvəqqəti olaraq dayandıracaq və səylərini ərəb və islam dünyasının digər ölkələri ilə əlaqələrin inkişafına yönəldəcək.

Bu anlaşmalar yatırım, turizm, iki ölkə arasında birbaşa uçuşlar, təhlükəsizlik problemləri, rabitə, teknoloji, enerji, sağlıq, mədəniyyət, çevrə və səfirliklərin açılması mövzularında olacaq.

Daha əvvəl İsrail ilə barış müqaviləsi bağlayan Misir və İordaniya istisna olmaqla, digər ərəb ölkələri Fələstin davasına dəstək olmaq üçün Tel-Avivlə diplomatik əlaqələr qurmaqdan imtina ediblər.

Görünən o ki, bu durum dəyişməkdədir çünki Körfəz ərəb ölkələri İran rejiminin regional genişləmə və yayılma siyasətində narahatlığı ilə əlaqədar İsrail ilə ortaq bir düşüncəyə malikdirlər və bu ortaq narahatlıq İsrail ilə bu ölkələr arasında qeyri-rəsmi təmaslara səbəb olub.

Benjamin Netanyahu, Trumpın açıqlamasına cavab olaraq İvritcə belə bir tweet etdi: "Tarixi bir gün". Daha sonra ingilis dilində tvit edərək BƏƏ ilə barış müqaviləsinin elanından sonra daha çox ərəb ölkələrinin təşviq olunacağına və digər ölkələrin regional barış dairəsinə qoşulacağına çox ümidvar olduğunu bildirdi.

Əbu Dabinin vəliəhdi Məhəmməd bin Zayed də anlaşmanın İsrailin daha çox Fələstin torpaqlarını ilhaq etməsinin qarşısını alacağını və ikitərəfli əlaqələrin qurulmasının yol xəritəsi olacağını yazdı.

Bu, İsrail ilə ərəblər arasında İsrailin 1948-ci ildə müstəqilliyini elan etdikdən bəri üçüncü barış anlaşmasıdır. Misir 1979-cu ildə, İordaniya isə 1994-cü ildə İsrail ilə atəşkəs və barış müqaviləsi imzaladı.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: