GünazTV Aug.19.2020: Haaqa beynəlxalq məhkəməsi bir Hizbullah üzvünü Rəfiq Həririyə sui-qəsd ilə ittiham etdi
Haaqa beynəlxalq məhkəməsi bir Hizbullah üzvünü Rəfiq Həririyə sui-qəsd ilə ittiham etdi
Haaqa beynəlxalq məhkəməsi bir Hizbullah üzvünü Rəfiq Həririyə sui-qəsd ilə ittiham etdi
Lahə və ya Haaqadakı beynəlxalq cinayət məhkəməsi Lübanın Hizbullah qrupunun üzvü Səlim Ayaşı beş sayda qətldə, o cümlədən Lübnanın keçmiş baş naziri Rafik Həririyə sui-qəsddə günahkar tanıdı.
Məhkəmə digər ittiham üzrə üç nəfərə bəraət verdi və Səlim Ayaşın cib telefonunun partlamada əsas rol oynadığını bildirdi. Dörd təqsirləndirilən şəxs qiyabi mühakimə olundu və hökm daha əvvəl elan olunmalı idi, lakin Beyrutdakı son partlayış səbəbiylə təxirə salındı. Ayrıca, bu işdə 4 müttəhimin harada gizləndikləri barədə məlumat yoxdur.
Əlbətdə, Lübnandakı Hizbullah komandirlərindən biri olan Mustafa Bədrəddin, bu sui-qəsdin əsas günahkarlarından biri idi, ancaq 2016-cı ildə Dəməşq hərbi hava limanı yaxınlığında öldürüldü.
18 Avqust Çərşənbə axşamı günü Haaqada keçirilən Lübnan Xüsusi Məhkəməsi araşdırmaların Həririyə sui-qəsd qərarı sui-qəsd cəhdindən iki həftə əvvəl 2005-ci ilin fevral ayında verildiyini açıqladı.
Ancaq Hizbullahın Lübnan hökumətindəki təsirini nəzərə alaraq, məhkumun cəzasını çəkmək üçün Lübnan məhkəməsinə və ya hökumətinə təhvil veriləcəyi gözlənilmir.
Rəfiq Həriri, Suriya qüvvələrinin Lübnanda olmasına qarşı çıxırdı və İranın yayılmaçı siyasəti və Lübnan Hizbullahının hərəkətləri ilə yaxşı münasibəti yoxudu.
Rəfiq Həririnin 14 fevral 2005-ci ildə Beyrutda öldürülməsi Lübnanda etiraz dalğalarına səbəb oldu və 29 ildən sonra Suriya ordusu qüvvələrini Lübnanı tərk etməyə məcbur edildi.
İlk gündən Lübnan Hizbullahı sui-qəsddə əsas şübhəli idi, ancaq İran rejiminin müdaxiləsi və Hizbullahın Beyrutda güc nümayiş etdirməsi küçə etirazlarının yatırılmasına və Həririnin dosyasına dərhal diqqət yetirilməməsinə səbəb oldu.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment