10 August, 2020

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

 

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05 19:08

Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

Gunaz.tvQuote | Gunaz article

Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

 

Kermanşahdakı İnqilab Keşikçiləri terror qruplaşmasının Nəbiyye Əkrəm  biriminin üzvü, 2019-cu ildə Dünya Uşu Çempionatında qızıl medal qazanan Məryəm Haşimi'nin dopinq testi müsbət elan edilib. Bu o deməkdir ki,o, fiziki gücünü artırmaq üçün qadağan olunmuş dava-dərmanlardan istifadə edib.

İran radiyo və televizyon xəbər agentliyinin verdiyi məlumata görə, Məryəm Haşimi, Dünya Çempionatında qazandığı və Əli Xameneiyə təqdim etdiyi bir medalın dopinq sınağının nəticəsi müsbət elan olunub. Onun Xamenei ilə görüşləri və medalının təqdimatının şəkillərini İran Rəhbərinin rəsmi saytında görmək olar.

İnqilab Keşikçiləri terror qruplaşmasının üzvü vəzifəsi barədə belə deyib: "İnqilab Keşikçiləri ilə fəxr edirəm və fəaliyyətimi 2012-ci ildə Kermanşahdakı Nabi Əkrəm Korpusunda başlamışam. Bu illər ərzində Sepah mənə yaxşı dəstək oldu və bütün imkanlar verildi."

Məryəm Haşimi bütün medallarını İranın Rəhbərinə təqdim edib və dediyinə görə, Əli Xamenei ilə indiyə qədər yeddi dəfə görüşübdür.

2019- cu ildə Dünya Uşu Qızıl medalını qazandıqdan sonra Kermanşahdakı İnqilab Keşikçiləri terror qruplaşmasının Nəbiyye Əkrəm biriminin üzvü belə demişdi: "Medalı ilk dəfə Həzrəti Xameneiyə təqdim etdiyimdə, qazanacağım hər hansı bir dəyərli medalı ona təqdim edəcəyimə dair özümə söz verdim."

O, fərqli dönəmlərdə o cümlədən qanunsuz dava-dərman istifadə etməsi ortaya çıxan  2019-cu il Dünya çempionatlığından sonra Vilayət-e-Fəqih’ diktatorluğuna tam uyduğunu vurğulamışdı.

O, bir qəzetə belə demişdi  "Biz təkcə medalımı deyil, ölkənin bütün idman mükafatlarını İnqilabın Rəhbərinə borcluyuq və onu ürəkdən təqdim edirik".

İran Uşu Federasiyası Məryəm Haşeminin Şanxay Dünya Çempionatında dopinq etdiyini  təsdiqləyərək onun adını çəkmədən Məryəm Haşeminin etiraz etdiyini və sənədlərini Dünya Federasiyasına göndərilmək üçün İran Uşu federasiyasına təhvil verdiyini bildirib.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: