21 August, 2020

GünazTV Aug.21.2020: BƏƏ Xarici İşlər Naziri: İranın təcavüzkar yanaşması BƏƏ-nin İsraillə münasibətlərini normallaşdırdı

 

GünazTV Aug.21.2020: BƏƏ Xarici İşlər Naziri: İranın təcavüzkar yanaşması BƏƏ-nin İsraillə münasibətlərini normallaşdırdı

2020-08-21 18:03

BƏƏ Xarici İşlər Naziri: İranın təcavüzkar yanaşması BƏƏ-nin İsraillə münasibətlərini normallaşdırdı

Gunaz.tvQuote | Gunaz article

BƏƏ Xarici İşlər Naziri: İranın təcavüzkar yanaşması BƏƏ-nin İsraillə münasibətlərini normallaşdırdı

 

BƏƏ-nin xarici işlər naziri Ənvər Qərqaşın sözlərinə görə: "İranın illər ərzində bölgədə söyləmdə və eyləmdə  saldırğan yanaşması" ölkəsi ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılığa səbəb oldu.

Vaşinqtonda yerləşən Atlantik Şurasının iclasında onlayn çıxış edən yüksək səviyyəli İmarat diplomatı İsrail ilə münasibətlərin normallaşmasının "gec-tez" baş tutacağını əlavə etdi.

O, eyni halda Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında münasibətlərin normallaşdırılması barədə razılaşmanın İranla əlaqəsi olmadığını və Tehrana qarşı olmadığını söylədi.

İmaratın Fələstin və İsrail məsələsində iki müstəqil dövlət həll yoluna inandığını vurğulayan BƏƏ Xarici İşlər Məsləhətçisi, İsrail ilə razılaşmada, əsas şərt İsrailin Qərb sahili hissələrini ilhaq planının dayandırılması olduğunu söylədi.

Müsahibənin başqa bir hissəsində Qərqaş, BƏƏ-nin İsrail ilə razılığa gəlmə qərarının müstəqil bir qərar olduğunu və Əbu-Dabinin fələstinlilər adına danışıqlar aparmayacağını söylədi.

"İran qonşumuzdur və onunla bağlı ciddi problemlərimizin olduğunu söyləməliyəm, lakin biz bunları dialoq yolu ilə həll etmək istəyirik" dedi Qərqaş, ölkəsinin İranla problemləri həll etmək səylərinə toxunaraq.

Bu elə bir vaxtda gəlir ki İran, Əbu-Dabi və Təl-Əviv arasındakı münasibətlərin normallaşmasına qəti şəkildə qarşı çıxdı və hətta bəzi hərbi rəsmilər İmaratı hədələdilər.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağeri, BƏƏ-ni təhdid edərkən, körfəzdə baş verən və İranın güvənliyinə təhlükə yaradan hər şey üçün İmaratı sorumlu və məsul tutduğunu söylədi. İran prezidenti Həsən Ruhani də İmarat-İsrail sazişini "böyük səhv və xain əməl" adlandırdı və bunu ABŞ prezident seçkiləri ilə əlaqələndirdi. Həsən Ruhani, "bölgədəki İsrailə qapı açmaq istəyən hər kəslə fərqli davranacağını" xəbərdar etdi.

İsrail ilə münasibətlər normallaşdıqca, BƏƏ Amerikadan döyüş təyyarələrinin ən yeni nəslini almağa ümid edir. Bununla ilişkili BƏƏ-nin Xarici İşlər üzrə Dövlət Katibi ölkəsinin Amerikanın F-35 qırıcı təyyarələrinin alınması tələbini "qanuni" adlandırdı.

O, İmaratın İsraillə münasibətləri normallaşdırmaq barədə razılığına əsasən qırıcı təyyarələrin satışındakı "hər hansı bir maneəni" aradan qaldırmalı olduğunu söylədi.

Son gəlişmələrə baxmayaraq,  İsrailin Baş naziri Benyamin Netanyahu, bölgədəki İsrailin hərbi üstünlüyünün qorunmasının gərəkli olduğuna toxunaraq qırıcı təyyarələrin İmarata satılmasına qarşı çıxır.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: