10 August, 2020

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

 

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07 18:15

Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

Gunaz.tvQuote | Gunaz article

Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

Dünən Fransa Prezidenti Emmanuel Makron Beyruta getdi və Lübnanlı həmkarı tərəfindən qarşılandı. O, fisad və bəcərisizliyə və həmçinin, Hizbullah qrupuna qarşı şüarlar səsləndirən Lübnan xalqı və nümayişçilərlə də danışdı.

Bu ziyarət, Çərşənbə axşamı gecəsi partlayışdan bəri xarici bir prezidentin Beyruta ilk səfəridir. Macron, Beyruta gəldiyini ərəbcə bir tvitdə elan edərək "Lübnan yalnız deyil" deyə bir tvit yazdı.

Fransa Prezidenti Emmanuel Makron, Cümə axşamı, Beyrutda meydana gələn böyük partlayışdan iki gün sonra Lübnan paytaxtının məhvolmuş küçələrini ziyarət etdi. Fransa prezidenti xalqa daha çox tibbi yardım göndərəcəyini vəd etdiyi kimi, kütlənin bir hissəsi "inqilab, inqilab" və "xalq rejimin devrilməsini istəyir" deyə qışqırdı. Bəzi insanlar da "Bizi Hizbullahın əlindən qurtarın" deyə qışqırdılar.

"Biz şərtsiz Lübnanı dəstəkləyəcəyik və Lübnana Avropa səviyyəsində daha çox kömək edəcəyik" dedi Makron Rəfiq Həriri Beynəlxalq Hava Limanında. "Avropanın Lübnana dəstəyini koordinasiya etmə məsuliyyəti öz üzərimə götürürəm."

"Lübnanda siyasi dəyişiklik lazımdır" deyən Fransa prezidenti "Ümid edirik ki, yardım fasid siyasətçilərin əlinə deyil, Lübnan xalqına çatacaq" dedi.

Partlayışda zərər görmüş bir aptek və davaxanaya baş çəkdikdən sonra Makron nümayişçilərə belə dedi: "Mən sizin qəzəbinizi başa düşürəm. Bu rejimə ağ çek verməyə gəlmədim."

"Septambrın 1-də qayıdacağam və əgər onlar bu işi bacarmasalar, mən siyasi məsuliyyəti öz üzərimə götürəcəm" dedi Lübnan liderlərini siyasi islahatlara çağıran Emmanuel Makron.

Beyrut limanının partlayışı ilə bağlı çoxlu fərziyyələr var və Lübnan hökuməti çərşənbə axşamı baş verən bu böyük partlayışla əlaqədar istintaqa qədər bir sıra Beyrut limanının səlahiyyətlilərini ev dustaqlığına buraxıb. Bu elə bir vaxtda gəlir ki məlumata görə, Beyrut limanlarının əksəriyyəti Hizbullah tərəfindən nəzarət edilir və bu qrup son partlayışlarda əsas şübhəlidir.

Hizbullah lideri Həsən Nəsrullah, əvvəlki çıxışında gələcəkdə Hayfa limanında bir amuniyak anbarının partlayışı bir atom bombasının ölçüsündə bir partlayışa səbəb olacağı bir ssenarisini açıqlamışdı. 

O, "Hizbullah" raketlərinin amuniyak anbarını hədəf alaraq on minlərlə israillini öldürəcəyini və partlayışların nüvə bombasına çox bənzəyəcəyini söyləmişdi.

Bununla bağlı, Lübnanlı internet fəalları, Həsən Nəsrullahın bu videoda söylədiklərini sosial mediada yenidən paylaşaraq Beyrut limanında dəhşətli partlayışın görüntülərini yayaraq ərəb dilində belə yazdılar: "Ssenarinizi bizim başımza gətirdiniz!"

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

No comments: