03 August, 2020

GünazTV July.30.2020: Dünyanın ən böyük nüvə birləşməsi layihəsinin montajı Fransada başlayır




GünazTV July.30.2020: Dünyanın ən böyük nüvə birləşməsi layihəsinin montajı Fransada başlayır

GünazTV July.30.2020: Dünyanın ən böyük nüvə birləşməsi layihəsinin montajı Fransada başlayır

2020-07-30 19:27
Dünyanın ən böyük nüvə birləşməsi layihəsinin montajı Fransada başlayır
Gunaz.tvQuote | Gunaz article
Dünyanın ən böyük nüvə birləşməsi layihəsinin montajı Fransada başlayır

Fransa, 28 Avqust Çərşənbə axşamı, dünyanın ən böyük nüvə birləşməsi layihəsinin montaj mərhələsini açıqladı. Fransa prezidenti nəhəng projənin montaj mərhələsini başlamaq üçün keçirilən xüsusi mərasimdə bu layihəni "sülh vəd edici" adlandırdı.
Bu füzyon və qaynaşma, gücünü günəşdən və ulduzlardan alan bir nüvə reaksiyasıdır və güvənli və təmiz enerji təmin etmək üçün bir potensial qaynaqdır. Dünyanın ən böyük tokamak maşınının Beynəlxalq Termonüvə Sınaq Reaktoru (ITER) yardımıyla inşa edilməsı planlanır; ki bu qurğu, füzyon enerjisini kontrol etmək və yönləndirmək üçün istifadə edilən bir sınaq maşınıdır.
Qeyd etmək lazımdır ki, günəşin səthindəki temperatur təqribən 6 min dərəcə, mərkəzində isə təqribən 15 milyon santigrad dərəcədir. Tokamak ITER qurğusunda  da temperaturun təqribən 150 milyon dərəcəyə çatacağı gözlənilir.
Bu cihazın xüsusiyyətlərindən biri, təxminən 23 min ton ağırlığı və 830 kubmetr plazma həcminin olmasıdır ki, bu da hazırda işləyən və maksimal plazma həcmlərinin 100 kubmetr olan tokamak qurğularından qat-qat yüksəkdir.
Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Rusiya, İngiltərə, ABŞ, eləcə də Avropa Birliyi 13 milyard avro dəyərində olan bu böyük layihədə iştirak etməkdə və onun xərclərinin qarşılamaqdadırlar.
"Dünya xalqları fikir ayrılıqlarını kənara qoyub tarix yazmağa qərar verdikləri anlar var" deyən Fransa prezidenti Emanuel Makron bu layihədə beynəlxalq əməkdaşlıqlara toxunaraq belə dedi: "ITER layihəsinin işə salınması qərarı da bu məqamlardan biridir."
"Bu layihə ən vacib beynəlxalq elmi əməkdaşlıqlardan biridir və insanlığın nüvə qaynaşması enerjisindən dinc istifadəsində meyilli olduğunu göstərir" dedi Çin prezidenti Xi Jinping.
ITER layihəsi ilk dəfə 1985-ci ildə ABŞ, Yaponiya və keçmiş Sovet İttifaqı da daxil olmaqla dünyanın ən böyük güclərinin iştirak etdiyi Cenevrə iclasında müzakirə edildi və onun son layihəsi 2001-ci ildə müttəfiqlər tərəfindən təsdiq edildi. Proqrama 2003-cü ildə Cənubi Koreya, Çin və Hindistan da qatıldı.

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

https://www.facebook.com/GunazTv/videos/576467369711730/
-----
https://www.youtube.com/watch?v=2tRhW9Dkce4
-----
https://www.gunaz.tv/az/new/gunaztv-july302020-dunyanin-en-boyuk-nuve-birlesmesi-layihesinin-montaji-fransada-baslayir-1596122946

No comments: