GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar
Əli Mütəhərinin İran rejiminin Çin-in müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar
Əli Mütəhərinin İran rejiminin Çin-in müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar
Son günlərdə İran məclisinin keçmiş üzvü deputat Əli Mütəhəri Çin rejiminin Uyğur müsəlmanlarına uyğuladığı basğılarına qarşı İranın mövqeyinə etiraz olaraq iki tvit yazıb və o yazılarda İran rejiminin Çin-i dəstəkləməsinə və müsəlmanlara qarşı ikili standartlar uyğuladığına toxunub. Onun iki tviter mesajı İranın Pan-Fars və anti-Türk rəsmiləri arasında geniş etirazıara səbəb olub.
Əli Mütəhəri, həmçinin daha öncə İran rejiminin Qarabağda və Azərbaycan Respublikasının işğal olunmuş digər ərazilərində Ermənistanı dəstəklədiyi ikiüzlü mövqeyini tənqid etmişdi.
Əli Mütəhəri Tvitter mesajında İran hökumətinin "iqtisadi ehtiyaclar" səbəbiylə Çində müsəlmanların vəziyyəti ilə bağlı səssiz qaldığını yazıb. Mütəhəri, İran rejiminin Şərqi Türküstandakı müsəlmanların qırğını qarşısında susmasını "İslam Respublikası üçün utanc verici" tanımlayaraq Çini işğal altında olan Türküstan bölgəsində "İslamı silmək" lə ittiham etmişdi.
Əsr-e İran saytına verdiyi müsahibədə cənab Mütəhəri Çin hökumətinin müsəlmanlara etdiyi rəftarına qarşı İran hökumətinin "laqeydliyini" belə bəhs edir: "Bu yaxınlarda mən Xarici İşlər Nazirliyindəki yüksək səviyyəli bir məmurdan İranın susmasının səbəbini soruşdum. O da mənə "İqtisadi ehtiyac üzündən susmalıyıq" dedi. Məndə ona belə dedim:"məcbur deyildik dünyanın başqa ölkələri ilə münasibətləri bura gətirib çatdırasız ki Çinin dutsağına düşək."
Əli Mütəhərinin İran rejiminin susması və Çində uyğur müsəlmanlarının qətliamına laqeyd yanaşması ilə bağlı sözləri, İranda pan-fars və anti-türk yetkili şəxslər və media fəallarının geniş reaksiyası və etirazı ilə qarşılandı.
11-ci parlamentin üzvü deputat Mahmud Əhmədi Biqəş, Çin kommunist rejiminin Şərqi Türküstanda uyğur müsəlmanlarını həbs və qətlə yetirmək hərəkətlərini müdafiə edərək, Ali Mütəhəri'nin "xəstə ağıl"a sahib olduğunu və "faydasız və həmişə tələbkar" olduğunu söyləyərək Çin hökumətinin ölkə müsəlmanları ilə hər hansı bir sorun və probləmi olmadığını iddia etdi.
"Xorasan" qəzetinin iqtisadiyyat bölməsinin katibi Mehdi Həsənzadə də Mütəhəri-yə xətab Çin hökumətinin əsas problemi "vəhhabiliyə" cəzb olan "Takfiri ekstremistlər" olduğunu və Çin hökumətinin müsəlmanlarla heç bir "probleminin" olmadığını yazdı.
O, elə halda bu iddiaları dilə gətirir ki İnsan haqlarını müdafiə edən təşkilatlara görə Çin rejimi milyonlarla Uyğur Türkünü konsentrasiya düşərgələrində saxlayır, onları donuz əti ilə bəsləyir, beyinlərini yuyur, ailələrini parçalayır və müsəlman qadınları Çinli kişilərlə cinsi əlaqədə olmağa və ya sonsuzluq və vasektomiya etməyə məcbur edir və Şərqi Türküstandakı yerli Türk Uyğur əhalisini məhv etməyə və onları Çin əhalisi ilə əvəz etməyə çalışır.
Dünyada terrorizmin ən böyük dövlət sponsoru olan İran rejimi çox gülünc bir şəkildə Çin hökumətinin müsəlmanlara edilən repressiya və məhv siyasətini Pekinin "terrorla mübarizə" proqramının bir hissəsi hesab edir.
Misal üçün, İran Sepah terror təşkilatına bağlı Təsnim Xəbər Agentliyi, 20 iyul tarixində dərc edilmiş detallı bir hesabatda Çində müsəlmanların hüquqlarının pozulmasını "qaralama", "yalan" və "dağıdıcı böhtan" olaraq xarakterizə etmişdi. Çin Kommunist Hökumətinin Beynəlxalq Radiosunun bir reportajına istinad edərək agentlik Pekinin "terrorizm və ekstremizmlə mübarizə" siyasətini müdafiə edərək Çin hökumətinin bu yanaşmasını "insan hüquqlarını müdafiə etmək üçün ən yaxşı siyasət" olduğunu yazmışdı.
İranın pan-fars və anti-Türk rejimi, mediası və ziyalıları elə bir vaxtda Çinin eyləmlərini dəstəkləyirlər ki, Pekinin bu eyləm və hərəkətləri insan hüquqları təşkilatları tərəfindən "insanlığa qarşı cinayət və ya soyqırım" olaraq xarakterizə edilib.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment