03 August, 2020

GünazTV Aug.01.2020: İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

GünazTV Aug.01.2020: İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

2020-08-01 21:12
İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır
Gunaz.tvQuote | Gunaz article
İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail hərbçilərindən bu il İranın nüvə saytlarına ehtimali hava hücumları üçün hazırlıqlarını artırmağa çağırıb.
Xəbər agentliklərinin verdiyi məlumata görə, İsrail ABŞ-dan nəhəng yanacaq təyyarələrinin alınmasına sifariş verib. Müşahidəçilər bu yanacaq tankerlərinin alınmasının yalnız bir məqsəd üçün ola biləcəyini düşünür və bu, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İrana mümkün hücumdur.
Bu hərbi alış, xüsusən İsrailin hazırda köhnəlmiş tankerlərini nəzərə alaraq, İran da daxil olmaqla İsrail hava qüvvələrinin uzaq hədəfləri vurma qabiliyyətini artırır.
"Biz israillilərin bu yanacaqdoldurma təyyarələrini ələ keçirmək istəməsinin səbəbini bilirik" deyən "National Interest" saytı İsrailin hərbi satınalma barədə hesabatda yazıb. "İrana çatmaq üçün F-35-lərə yanacaq çatdırmaq."  
İsrailin hazırda təxminən 16 radar qarşıdı F-35 təyyarəsi var. Bəzi mənbələr bu təyyarələrin Quds Qüvvələri və Suriyada İrana bağlı pullu qüvvələrin mövqelərinə hücum üçün istifadə edildiyini iddia edirlər. Əlbətdə ki, milli təhlükəsizliyi ilə əlaqəli stratejik məsələlərlə bağlı stratejik qeyri-müəyyənlik siyasəti yürüdən İsrail hökuməti bu xəbəri nə təsdiq, nə də təkzib edib.
F-35 təyyarələrinin maksimum əməliyyat radiusu 1277 km-dir. Ancaq İsrail İranla hərbi qarşıdurmaya girərsə, hərbi hədəflərinə çatmaq üçün uçuşların ortasında yanacaq doldurmadan bu təyyarədən istifadə edə bilməyəcəkdir.
Hesabat belə davam etdirir ki "İsrail İranı bombalamaq istəsə, ABŞ hökuməti bunu asanlaşdırıb."
ABŞ Dövlət Departamenti İsrailin hava yanacaqdoldurma durağı kimi işləyən səkkiz Pegasus KC45E yanacaq doldurma təyyarəsi almaq istəyini qəbul edib.
Qeyd etmək lazımdır ki, Menachem Begin doktrinasına əsasən, İsrail, Yaxın Şərqdəki heç bir ölkəyə nüvə silahı əldə etməyə icazə verməyib və düşmən ölkələrin nüvə saytlarını məhv etmək üçün önləyici saldırılara başlayıb.
Bu çərçivədə İsrail 1981-ci ildə İraqdakı Osirak nüvə saytını və 2007-ci ildə Suriyadakı Əl-Kibar nüvə saytını hədəf aldı, ancaq İrana gəlincə müxtəlif səbəblərə görə, o cümlədən coğrafi məsafəyə görə hələ də İranın nüvə saytlarına hərbi hücum etməyib. Ancaq bunu yerinə son aylarda İranın raket, nüvə və altyapı mərkəzlərinə kiberhücumlar gerçəklşdirib.

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

https://www.facebook.com/GunazTv/videos/2637317133186050/
-----
https://www.youtube.com/watch?v=uGt2p7GexME
----
https://www.gunaz.tv/az/new/gunaztv-aug012020-israil-iranin-nuve-saytlarina-ehtimali-hucum-ucun-hazirlasir-1596302154

No comments: